İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.09.2017  12:49 

“151 nəfər vətəndaşlıqdan çıxarılıb”





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, DTX rəisinin müavini, general-mayor İlqar Musayev çıxışında deyib ki, bu gün dünyanın müxtəlif yerlərdində indiyədək davam edən hərbi siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir:

"Bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyillərinin güclənməsi, dini pərdə altında terroçu və esktremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir. Təəssüf ki, əksəriyyəti gənclər olan bir qisim Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında ölkəmizə yaxın olan Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulmuşlar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülmüşdür. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Qanuna əsasən terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib".

Xəbər 1054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +