Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


01.08.2017  16:13 

Hökməli bir neçə gündür qazsız qalıb – PROBLEM





A+  A-

Abşeron rayonu Hökməli qəsəbəsində bir neçə gündür təbii qazın verilməsində məhdudiyyətlər yaranıb.
Yaranan vəziyyətdən şikayət edən qəsəbə sakini Yusif Sadiyev, 1 həftəyə yaxındır qaz təchizatının kəsildiyini bildirib.

“Qazın kəsildiyindən sonra ilk 2-3 gün qaynar xəttə zəng edəndə dedilər ki, təmir işləri gedir. Sonrakı günlərdə ilə qazın təchizatının kəsilməsini ərazidə qanunsuz qoşulmalarla əlaqələndirdilər. Guya bu qoşulmalar aradan qaldırılacaq. Amma qəsəbədə iş görən qaz idarəsi işçilərini görmürük. İndi də deyirlər ki, bəs qanunsuz qoşulmalar olub, yerli əhali qazdan qanunsuz istifadə edib deyə bilinmir nə vaxt veriləcək. Amma sual yaranır ki, bu qədər qanunsuz qoşulma olduğu halda “Azəriqaz” işçiləri bunları görmürdü?

Məsələ ilə bağlı danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, Hökməli qəsəbəsində təbii qazın verilməsi yaxın günlərdə bərpa olunacaq.

“Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən bəzi fərdi yaşayış evlərində qaz təchizatının dayandırılmasına səbəb, təbii qazdan qeyri-qanuni istifadə halları, eləcədə sayğacların yararsız hala salınması faktlarının aşkar olunmasıdır. Bu kimi faktlar ötən illərdə də müşahidə edilirdi.

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin ərazinin qaz kəmərləri və sayğacların yenilənməsinə baxmayaraq qısa müddət ərzində abonentlər tərəfindən yararsız hala salın;b. Bununla bağlı dəfələrlə Birliyin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri həmin ərazidə abonentlərlə görüşlər təşkil edərək xəbərdarlıq və maarifləndirmə işləri aparıb. Lakin bunun heç bir nəticəsi olmayıb”.

Qurum rəsmisi qeyd edib ki, cari ilin əvvəlində yenidən həmin ərazinin daşıyıcı və məhəllədaxili qaz xətləri yenilənib:

“Təzə sayğaclar quraşdırılıb. Vətəndaşlarla görüş zamanı Birliyin mütəxəssisləri bu kimi halların təkrar olunacağı halda həmin ərazinin qaz təchizatının dayandırılacağını bildiriblər. Qısa zaman keçməsinə baxmayaraq yenilənən qaz şəbəkəsi və sayğaclar abonentlər tərəfindən yararsız hala salındığı üçün qeyd olunan ərazidə qaz təchizatında məhdudiyyət yaranıb. Əməkdaşlarımız bir neçə gündür həmin ərazidədir.

Hansı abonentlər ki, müdaxilə ediblər, təbii qazdan qeyri-qanuni istifadə ediblərsə, onların qaz təchizatı şəbəkədən ayrılır. Hazırda heç bir müdaxilə etməyən abonentlərin qaz təchizatı bərpa olunur. Digər abonentlərin qaz təchizatına dəyən ziyan, eləcədə zədələnmiş sayğacların dəyəri ödənildikdən sonra bərpa oluna bilər”

Modern.az.

Xəbər 1641 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +