Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


20.06.2017  17:21 

Həmsədrlərin son səfəri Qarabağa nə vəd edir? - TƏHLİL





A+  A-

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri baş tutdu.
Ermənistan və işğal altındakı Qarabağa səfərdən sonra İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ) və Stefan Viskonti (Fransa) səfərin yekunlarına dair bəyanat verərək, son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə etdilər. Münaqişəsinin həlli yolları və detalları barədə isə həmişəki kimi qeyri-müəyyən açıqlamalar verildi.
Həmsədrlərin bəyanatında bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

Bəyanatda qeyd olunur ki, iyunun 10-da həmsədrlər İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və iyunun 19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçiriblər. Hər iki paytaxtda onlar xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıblar. İyunun 12-də həmsədrlər Dağlıq Qarabağa səfər edib və oradakı de-fakto hakimiyyətin nümayəndələri ilə görüşüblər. Vasitəçilər Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, Dağlıq Qarabağın ətraf ərazilərinə səfər ediblər.

Bakıda aparılan danışıqlar zamanı həmsədrlər bu yaxınlarda təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan dərin narahatlıqlarını bildiriblər. Onlar Azərbaycan rəhbərliyinə müraciət edərək, vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar.

Hər iki paytaxtda həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyət üzrə, siyasi iradə göstərərək, vicdanla iştirak etməyə çağırıblar. Qeyd ediblər ki, bu, münaqişənin həllində tərəqqi gözləyən və buna layiq olan bölgə sakinləri üçün möhkəm sülhə nail olmağın yeganə yoludur. Prezidentlər həll prosesinin ən mübahisəli məsələləri üzrə kompromis tapmaq üçün siyasi dialoqu bərpa etmək niyyətlərini bəyan ediblər.

Görünən odur ki, həmsədrlər ötən ilin aprelində baş verən eskalasiyanın təkrarlanmaması üçün bütün vasitələrdən istifadə edir. Amma maraqlıdır ki, bütün diqqətlərini atəşkəs rejiminin qorunması və təmas xəttində nəzarət mexanizmlərinin qurulmasına yönəldən diplomatlar münaqişənin həlli yolları ilə bağlı yeni heç nə təklif etmədilər.

Yalnız rusiyalı həmsədr İqor Popovun prezidentlərin yeni görüşə hazır olmaları barədə açıqlaması boz gündəmə rəng qata bildi. Lakin görüşün dəqiq vaxtı və detalları barədə ətraflı məlumatın olmaması ekspertlərdən səbr tələb edir. Yəqin ki, yaxın aylarda bununla bağlı müfəssəl açıqlama veriləcək. Bu açıqlama həm ATƏT, həm də Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri tərəfindən verilə bilər.

Paralel olaraq, həmsədrlər də regionda Azərbaycanın hərbi nüfuzunun artdığını, Ermənistan üzərində tam hərbi və siyasi üstünlük qazandığını anlayır. Belə olan halda, danışıqlar prosesini hər vəchlə uzatmağa çalışan, status-kvonun qorunmasını istəyən rəsmi İrəvandan fərqli olaraq, işğal altındakı torpaqlarını geri qaytarmaq istəyən Azərbaycandan hərbi güc nümayiş etdirməməyi istəmək məntiqli addım deyil. Unutmaq olmaz ki, 2010-2012-ci illər arasında Azərbaycan və Rusiyanın “Rosoboroneksport” QSC arasında ümumi dəyəri 4 milyard dollar olan silah alqı-satqısı müqaviləsi imzalanıb.
2014-cü ilin sonlarına qədər bu rəqəm 5 milyard dollara çatıb. Həmin müqavilələrin şərtlərinə əsasən, Rusiya Azərbaycana ən müasir 90 ədəd T-90 tankı tədarük edib. Həmin müqavilədə Azərbaycana tanklardan əlavə, Piyada Döyüş Maşınları, reaktiv artilleriya qurğuları, döyüş vertolyotları və s. müasir texnika alıb.
İsrail, Türkiyə. Ukrayna, Belarus və Pakistanla da Azərbaycan analoji müqavilələr bağlayıb və ən müasir silah arsenalını toplayıb.

Təbii ki, silah satışına çoxmilyardlıq vəsaitlər xərcləyən rəsmi Bakı həmin silhalardan öz ərazisində tam isitfadə etmək hüququna malikdir. Dağlıq Qarabağ ərazisinin də BMT və bütün beynəlxalq aləm tərəfindən Azərbaycana məxsus olduğu tanındığı üçün rəsmi Bakı öz daxili işini həll etmək üçün bu silahlardan tam istifadə etmək hüququna malikdir.
ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birlik də bunu yaxşı anlayır.

(modern.az)

Xəbər 7730 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +