Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


14.03.2017  16:04 

Türkiyə prezidenti: “Hollandiyanı Srebrenitsa soyqırımından tanıyırıq”





A+  A-

“Biz Hollandiya və hollandiyalıları Srebrenitsa soyqırımında oynadıqları roldan tanıyırıq”.
XəzərNews.az "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tibb işçiləri bayramı münasibəti ilə Beştəpədə Millət Qurultayı və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirib.
“Onların əxlaqına 8 min bosniyalını qətlə yetirilməsində iştirakından bələdik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır” - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Hollandiyadan olan hərbçilər Bosniya-Hersoqovinanın Srebrenitsa bölgəsində BMT-nin sülhməramlılarında xidmət ediblər. Onlar 300 bosniyalı müsəlmanın qətlində ittiham olunublar. Qətliamdan əvvəl 5 min bosniyalı dinc sakin - qadın, uşaq, kişi holland sülhməramlıların qərargahına sığınıb. Ancaq 1995-ci ildə serb hərbçilər qərargahı mühasirəyə alaraq 300 bosniyalı müsəlmanı maşınlara mindirərək naməlum istiqamətə aparıb, qətlə yetiriblər. Həmin hollandiyalı əsgərlər serbiyalı hərbçilərlə əməkdaşlıq etməkdə ittiham olunublar. Hollandiya məhkəməsi rəsmi Amsterdamın qətlə yetirlən 300 bosniyalının ailəsinə təzminat verməsi haqqında qərar çıxarıb.
BMT 1993-cü ildə Srebrenitsanı bosniyalılar üçün təhlükəsiz bölgə elan edib.
Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək soyqırımı törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 20 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib. Bu günə kimi 7 000 meyit tapılıb. 1 372 nəfər barəsində heç bir məlumat yoxdur.
BMT Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.
Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36 666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9%-ni isə serblər təşkil edib. İndi müsəlmanların sayı 5 minə yaxındır. Şəhər əhalisinin qalanı serbdir.

Xəbər 1406 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +