16.02.2017 10:56
Fevralın 14-ü intihar edən 11-ci sinif şagirdinin ölümü barədə bəzi detallar məlum olub.
Məlumata görə, 2000-ci il təvəllüdlü Fərrux Əsədlidən bir xəbər ala bilməyən ailə əvvəlcə polisə müraciət edib. Lakin 24 saat keçmədiyi üçün polis axtarış elan etməyib. Daha sonra məlum olub ki, Fərrux özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb.
Sevgililər Günündə intihar edən gənc özünə qəsd etməzdən öncə sevdiyi qıza məktub yazaraq onun qapısına qoyub. Hadisədən sonra qızın anası məktubu gətirib ailəyə verib.
Fərruxun dərslərində zəif olmadığı, davamiyyətinin də hər zaman normal olduğu qeyd edilir. Sinif yoldaşları da son günlər onun davranışında hər hansı bir qəribəlik müşahidə etmədiklərini deyirlər.
Qeyd edək ki, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
Xatırladaq ki, Xətai rayonunda da bənzər hadisə baş vermişdi. Belə ki, fevralın 14-də 19 yaşlı Röyal Mirzəyev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. O, sevgilisinə yazdığı məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha onu görə bilməyəcək.
(qafqazinfo.az)
|
16.05.2024 18:44
16.05.2024 18:05
16.05.2024 17:55
16.05.2024 17:22
“Ağ çiçəyim” yanğından sonra: Ürəyi zəif olanlar baxmasın - VİDEO
16.05.2024 11:49
16.05.2024 11:46
“Qarabağ 3 komandanı keçərək çempionlar liqasına düşə bilər”
16.05.2024 11:37
16.05.2024 10:23
15.05.2024 23:01
15.05.2024 09:27
15.05.2024 09:15
15.05.2024 00:54
14.05.2024 22:27
Əgər insanın bir yerində nöqsan varsa...-Meyxanaçıdan açıqlama
14.05.2024 22:19
14.05.2024 22:11
14.05.2024 21:58
14.05.2024 21:41
14.05.2024 20:29
14.05.2024 19:42
14.05.2024 19:22
14.05.2024 16:32
14.05.2024 16:28
14.05.2024 16:17
14.05.2024 14:09
İcra başçılarının “YENİ KƏŞFİ”: Antikorrupsiya əməliyyatlarında yaxalanmamaq üçün… – FOTO
14.05.2024 14:06
14.05.2024 12:51
Seçkidə iştirak etmək niyyətim yoxdur - Mirmahmud Mirəlioğlu
14.05.2024 11:57
14.05.2024 11:24
14.05.2024 10:51
13.05.2024 22:01
13.05.2024 21:08
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
13.05.2024 21:02
Qobuda itlərin hücum etdiyi qızın nənəsi hadisə anını danışdı -VİDEO