İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar


08.07.2019  10:27 

Tacikistanda 13 məhkum çörəkdən zəhərlənib öldü





A+  A-

Tacikistanın şimalında yerləşən həbsxanaların birindən Düşənbəyə köçürülən 13 məhkum ölüb.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onların ölümünə səbəb çörəkdən zəhərlənmələri olub. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Cinayət Cəza Məhkəmələrinin Baş İdarəsinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, 120-si kişi, 8-i qadın olmaqla ümumilikdə 128 məhkum köçürülüb. İddiaya görə, yolda fasilə zamanı 16 məhkum özləri ilə götürdükləri çörəkləri yeyiblər. Yarım saat sonra onların halı pisləşib, 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib.

Sağ qalanların vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı Tacikistan Baş Prokurorluğunda cinayət işi açılıb, məhkəmə ekspertizası təyin edilib.

Xəbər 1010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +