Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


18.10.2019  22:28 

Nazarbayevin nəvəsi Londonda həbs cəzası aldı





A+  A-

Londonda Sautvork kral məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası verib.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, buna səbəb eks-prezidentin nəvəsinin başqasının mülkünə qanunsuz daxil olması və polisə müqavimət göstərməsidir.

A.Nazarbayevə qarşı bu ittihamlar iyulda baş vermiş insidentə görə irəli sürülüb. Belə ki, Aysultan Kovent Qarden rayonunda mənzilin balkonundan tullanarkən onu yaxalamaq istəyən polisin əlini dişləyib. 29 yaşlı Nazarbayevə qarşı çıxarılan hökmdə, həmçinin, 18 aylıq sınaq müddəti və narkotik asılılığından müalicə olunmaq aktları da var.

Xəbər 1363 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +