Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL


24.07.2023  12:45 

Qubad İbadoğlunun həbsi narahatlıq yaradıb - Rəylər





A+  A-

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Ziyalılar, jurnalistlər və xüsusən də onu yaxından tanıyanlar sosial şəbəkə üzərindən Qubad İbadoğlunu müdafiə xarakterli çıxışlar edirlər.

XəzərNews.az həmin çıxışların bir neçəsini təqdim edir:

İlham İsmayıl:

- Qubad İbadoğlunu FETO ilə əlaqələndirmək o qədər sünidir ki... Tutulmalı olanlar tutulmur, Böyük Britaniya universitetində dərs deyən azərbaycanlı saxlanılır.
Qubad İbadoğlunun yaxın saatlara sərbəst buraxılmasını gözləyirik!

Nəsimi Məmmədli:

- ADR hərəkatının sədri, iqtisadçı professor Qubad İbadoğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bu həbs-saxlanma Qubad bəyin siyasi fəaliyyətinə və BİZ TV-də çıxışlarına görədir. Hakimiyyət istənilən motiv irəli sürə bilər, amma cəmiyyət bu həbsin siyasi olduğunda yekdil fikirdədir.
Hakimiyyəti Qubad bəyi azad etməyə çağırıram.

Dünya Sakit:

- Qubad İbadoğlu ilə 7 il bir yerdə işləmişəm. Onun günahsızlığına tam əminəm. Çünki Qubad bəy qanundankənar, cinayət məsuliyyəti yaradacaq hər hansı addımı atacaq biri deyil. Qarışqa kimi işləyib halal pulunu qazanar, amma cinayətlə pul qazanmaz...

Xalid Kazımov:

- Dünyanın reytinqli universitetlərində dərs aparan azərbaycanlıların sayı barmaqla sayılacaq qədər azdır. 3 ilə yaxındır ölkə xaricində pedaqoji fəaliyyətlə məşğul olan iqtisadçı-alimin Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunması inandırıcı deyil. Beynəlxalq səviyyədə kifayət qədər nüfuza malik ekspert olan Qubad İbadoğlu nədən saxta pul hazırlasın ki? Azadlıq Qubad İbadoğlunun haqqıdır.

Bəhruz Əliyev:

- Qubad İbadoğlunu həbs etmək yox, iqtisadiyyat sahəsində ona yol vermək lazım idi. Başqa ölkələrdə bilikli insanları ovuclarında saxlayırlar, bizdə isə həbsxanada.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daha sonra isə onun ofisində axtarış aparılıb. Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Q. İbadoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbər 1064 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +