Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL


23.09.2020  11:43 

Səkkizinci xanımı ondan aylıq 33 min dollar istəyir





A+  A-

Əfsanəvi televiziya aparıcısı Larri Kinqin ayrıldığı xanımı Şon Kinq ondan aylıq 33 min 100 dollar təzminat tələb edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı aktrisa məhkəməyə müraciət edərək heç bir gəlirinin olmadığını, 86 yaşlı keçmiş ərinin 1,9 milyon dollardan çox pul qazandığını bildirib.

Şon 22 illik evlilik həyatında qazanc gətirən bütün layihələrdən imtina etdiyini, vaxtını uşaqlarına həsr etdiyini söyləyib. Aktrisa “Beverly Hills”dəki evlərinin aparıcı tərəfindən 4 milyona satıldığını da açıqlayıb.

Qeyd edək ki, Larri Kinq səkkiz dəfə ailə qurub. İlk evliliyi 1952-ci ildə Freda Miller ilə olub, bir il davam edib. 1961-ci ildə Annette Kaye, 1961-ci ilin sonunda Alene Akins, 1963-cü ildə Mickey Sutphin ilə nikah bağlayıb. O, 1967-ci ildə Alene Atkinslə yenidən evlənib. Aparıcı 1976-cı ildə Sharon Lepore, 1989-cu ildə Julie Alexanderlə münasibətlərini rəsmiləşdirib.

Onun sonuncu evliliyi Şon Kinqlə olub. 1997-ci ildə nikah bağlayan cütlük ötən il boşanıb.

TV ulduzunun bu nikahlarından ümumilikdə 4 övladı var. O, keçən ay iki övladını ard-arda itirib.

Xəbər 2628 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +