Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto


26.03.2020  14:58 

Türkiyədə kredit ödənişləri təxirə salındı





A+  A-

“Tədbirlər və iqtisadi dəstək paketləri ilə vətəndaşlarımızı yaranmış böhranın nəticələrindən qorumağa davam edəcəyik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan koronovirusla əlaqədar yaradılmış islahatlar paketi ilə bağlı açıqlamasında deyib. İlk gündən bütün imkanlarla vətəndaşın yanında olduqlarını vurğulayan Prezident qeyd edib ki, sosial həyat, sənaye, səhiyyə, ticarət, bank, maliyyə sektorları ilə bağlı qabaqlayıcı tədbirlər planlaşdırılıb. Prezident sözügedən paketlər haqqında ətraflı məlumat verib.

Aşağı gəlirli ailələr üçün 1000 lirəlik dəstək

Sosial paketdə 2 milyon aztəminatlı ailələr üçün 1000 lirə dəstək verilməsi, ən aşağı aylıq təqaüdün 1500 lirəyə qaldırılması, minimum əmək haqqına 7 milyardlıq bir dəstəyin edilməsi, sosial vəqflərə ayrılan büdcənin 180 milyon lirəyə qaldırılması, 80 yaşdan yuxarı vətəndaşların periodik olaraq izlənməsi və bayram ödənişlərinin apreldə verilməsi yer alıb.

Səhiyyə işçilərinə yüksək maaş

Səhiyyə paketində göstərilib ki, tibb işçilərinin 3 ay ərzində ödənişləri yuxarı məbləğlərlə ödəniləcək. 32 min yeni səhiyyə işçisi məşğulluq qazanacaq. Dövlət qurumlarının qonaq evləri bütün tibb işçiləri üçün açıq olacaq. 1 milyon diaqnostika dəsti qısa müddət ərzində istifadəyə veriləcək. Səhiyyə işçiləri ictimai nəqliyyat xidmətlərindən pulsuz istifadə edəcəklər.

Texnoparklardan 2 ay kirayə alınmayacaq

R. T. Ərdoğan sənaye paketinə əsasən texnopark müəssisələrindən 2 ay müddətində kirayə haqqı alınmayacağını açıqlayıb. Bundan başqa, dezinfeksiya maddələri, qoruyucu geyim, maska, eynək istelsal edən firmalara 6 milyon lirə dəstək ayrılıb.

Bəzi ləvazimatlar üçün gömrük rüsumu alınmayacaq

Ticarət paketinə əsasən tənəffüs cihazları, tibbi maska, etil spirti idxalında gömrük vergisi sıfırlanıb və ixracatçılara maliyyələşdirmə dəstəyi veriləcəyi qeyd edilib.

Kredit kartlarının ödənişi iyun ayına kimi uzadıldı

Son olaraq bank sektorunda ilk 3 ayı ödənişsiz olmaqla 12 aylıq 25 min lirəlik məhdud biznes kartının verilməsi gözlənilir. Bundan başqa, kredit kartı ödənişləri iyunun sonuna qədər təxirə salınacaq. İşçilərin əmək haqqı xərcləri qədər əlavə kredit limiti veriləcək.

Xəbər 1582 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +