Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL


29.10.2018  10:56 

Yağıntılar artdıqca, Badamdardakı təhlükə böyüyür - RƏSMİ





A+  A-

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki sürüşmə zonasıdakı aktivlik qalmaqdadır.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralov deyib ki, yağışdan sonra ərazidəki çatlarda genişlənmə qeydə alınıb:

“Yuxarıdakı evlər istiqamətində, sürüşmənin qaş hissəsindəki hasarlarda sürüşmə davam edir, gərginlik qalmaqdadır. Yağıntılar da təkrarlandıqca gərginlik dah da artır. Yağıntıların miqdarı çox olarasa, ərazi üçün təhlükə böyüyə bilər”.

Qurum rəsmisi qeyd edib ki, ərazidə hansısa iş görmək üçün sürüşmə tam səngiməli, vəziyyət stabilləşməlidir:

“İndiki halda ərazidə quyu qazmaq, oraya ağır texnika çıxarmaq qeyri-mümkündür. Torpaq qatındakı gərginlik tam çıxmalıdır ki, müdaxilə etmək mümkün olsun.

Kütlənin üzərində, həm aşağı hissədə, həm də istinad divarında, hansı ki, yerindən oynayıb qabağa gəlib, onunla evlər arasında 6 metrlik hissədə çökmə var. Üzərində də onlarla iri çatlar əmələ gəlib. Yağıntılar düşdükcə dərhal həmin çatlara hopur və aktivlik daha da artır. Hazırda vəziyyətin stabilləşməsini gözləyirik. Vəziyyət stabilləşməldir ki, biz ərazi barədə öz rəyimizi verək ki, digər qurumlar hansısa işləri görsün”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Amma bir neçə gün əvvəl sakinlər bu xəbərdarlığa məhəl qoymayaraq, evlərinə qayıdıb.

Xəbər 1473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +