“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


14.06.2023  13:09 

Putin Azərbaycana yeni səfir təyin edib





A+  A-

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana yeni səfir təyin edib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Mixail Yevdokimov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.

Qeyd edək ki, o, 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışır. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.

1996-1997-ci illərdə - Rusiya XİN-in İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə - Rusiyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi, 2001-2002-ci illərdə Avropa Əməkdaşlıq Departamentində şöbə müdiri, 2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamenti direktorunun müavini, 2011-ci ilin may-noyabr aylarında MDB ölkələri üzrə birinci departamentin direktor müavini, 2011-ci ilin noyabr ayından indiyədək isə Rusiya XİN-də MDB ölkələri Birinci Departamentinin direktoru vəzifəsində çalışıb.

2018-ci ildən fövqəladə və səlahiyyətli səfir rütbəsi daşıyır.

Xəbər 1580 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +