“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


10.12.2018  09:17 

Vergi Məcəlləsinə dəyişiklikdən kimlər yararlanacaq?





A+  A-

Vergi Məcəlləsinə son dəyişikliklər layihəsində fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin, yəni sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Hazırda sabit vergi ödəyicisi siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışan ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, 2019-cu ildən artıq bu siyahıya bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) da daxil ediləcəklər. Bununla da onların vergi yükü xeyli azalacaq, baxmayaraq ki, sabit məbləğlərə əmsallar da tətbiq ediləcək. Nəzərdə tutulan əmsallar isə dəyişməz olaraq qalacaq. Belə ki, Bakı şəhərində bu əmsal (kənd və qəsəbələr daxil olmaqla) 2.0, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1.0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0.5 olacaq. Məsələn, Bakıda işləyən bərbər 40 manat (20 manat sabit məbləğ x 2 əmsal), dərzi və ofisiantlar isə 20 manat (10 manat sabit məbləğ x 2 əmsal) ödəyəcəklər. Digər bir misal: bu qaydaya əsasən, Gəncədə bərbər 30 manat (20 manat sabit məbləğ x 1.5 əmsal), dərzi və ofisiantlar isə 15 manat (10 manat sabit məbləğ x 1.5 əmsal) vergi ödəyəcəklər.

Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, əslində yeni qanun böyük bir şey tələb etmir: "Fərdi qaydada işləyən şəxslər əvvəllər də vergi ödəyicisi idilər, dəyişikliklər qüvvəyə mindikdən sonra onlar sabit qaydada vergi ödəyəcəklər".

Qeyd olunub ki, bu yeniliklər fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsləri əlavə vergi inzibatçılığından azad edəcək: "Qanun Milli Məclis tərəfindən qəbul edilib və qüvvəyə mindikdən sonra fərdi qaydada işləyən sahibkarlar bu barədə məlumatlandırılacaq".

Nazirlikdən bildiriblər ki, yeni qayda əslində sahibkarlar üçün çox əlverişlidir: "Məsələn, hazırda Bakıda işləyən bərbər gəlirin 4%-ni (digər bölgələrdə - 2%) ödəyirsə, 2019-cu ildən o, gəlirindən asılı olmayaraq vergini sabit formada ödəyəcək. Bu ona görədir ki, fərdi qaydada işləyən şəxslər əlavə vergi inzibatçılığından azad edilsin, həm də vergi yükü yüngülləşdirilsin. Bu, kiçik sahibkarlığa edilən güzəştlərdən biridir. Bununla yanaşı, onlar vergi orqanına hər rüb uzrə bəyannamənin təqdim edilməsindən də azad ediləcək".



Xəbər 1505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +