İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


15.02.2017  11:22 

Lənkəranskinin quldurları onları satan biznesmenlərdən qisas alırlar





A+  A-


Alicənablıqla İstintaq Təcridxanasından ev dustaqlığına buraxılan mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Canıyev) quldur dəstəsinin üzvləri Nijni Tagildə yeni qüvvə ilə qarışıqlıq salmağa başlyıblar.

2016-cı ilin avqust ayında təcridxanaya göndərilən qruplaşma üzvləri 2017-ci il fevral ayının əvvəlində ev dustaqlığına buraxılıblar.

Bu humanist addımın atılmasına səbəb dəstə üzvlərinin 5 epizod üzrə soyğunçuluqda təqsirlərini boyunlarına alaraq istintaqla sövdələşməyə getmələri olub.

Digər mənbə isə dəstə üzvlərinin azadlığa çıxmalarının səbəbini prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları arasında təsiredici himayəçilərinin olması ilə izah edir.

Həmin mənbənin dəqiqləşdiyi məlumata görə, qruplaşmanın 9 üzvü – Telman Vəliyev, Orxan Muradov, İlkin Abilov, Xıdır Hacıyev, Asim Abbasov, Vidak Maskal, Şəhriyar Əliyev, Eduard Traksel və Roman Lenkov azadlığa çıxıb.

Məhkəmə istintaq təcridxanasında yalnız İsa Abilovu saxlayıb.

Qeyd edək ki, bu dəstənin üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Onlar quldurluqda və iş adamlarından zorakılıqla pul almaqda təqsirkar bilinirlər. Onların Nijni Tagildə törətdikləri cinayətlər barədə elə zərərçəkənlər özləri ifadə veriblər.

Dəmir barmaqlıqlar arxasında buraxılan Rövşən Lənkəranskinin adamları təkcə bir neçə işi axıra çatdırmaq yox, həm də satqınları cəzalandırmaq niyyətindədirlər.

Belə ki, fevralın 5-də quldurlar qəzaya uğrayan avtomobili naməlum istiqamətdə aparmaq istəyəndə yenidən həbs ediliblər. Lakin onlar sonradan Nijni Tagilin Lenin polis şöbəsindən sərbəxt buraxılıblar.

“Lənkəranski”nin dəstəsindən zərər çəkən biznesmenlərdən biri quldurlarla əlaqəsinin tarixindən danışıb.

Özbəkistandan olan Ukukbek Nazarov Nijni Tagildə şəxsi stamatoloji klinikası olub. Klinika ona sabit gəlir gətirib və yerli quldurların diqqətini cəlb etməyə bilməzdi.

Nazarova himayəçilik təklif olunub – iş adamı bir neçə il boyunca cinayətkarlara ayda 40 min rubl ödəyib. Klinika daha uğurlu fəaliyyət göstərəndə quldurlar “xidmətləri” əvəzində 150 min rubl tələb edirlər. Nazarovun hövsələsi tükənib və himayəçilərini söyüşlə daha uzağa göndərib. Buna görə də əvəzini ödəyib.

Ötən il yanvarın sonunda quldurlar onu narkotiklə uyudaraq qaçırıblar. Nazarovu zirzəmiyə gətirib uzun müddət döyüblər və 25 dərəcə şaxtada üstünə quyudan su çıxarıb töküblər.

Bundan sonra biznesini iki nəfərin - Oksana Menşovanın  və Əhməd Gəlməsovun adına keçirməyə məcbur ediblər. Nazarov iki gün əsarətdə saxlanıldıqdan sonra Yekatirinburq şəhəri ətrafında sərbəst buraxılıb.

2016-cı ilin yayında Menşovanı və Gəlməsovu əməliyyatçılar saxlayıblar. Qeyd etmək lazımdır ki, Nazarovdan biznesini əlindən almaq mümkün olmayıb. Ona görə ki, klinikanın ərazisi stamatoloqa məxsus deyilmiş, bu səbəbdən onun imzaladığı sənədlərin heç bir qüvvəsi olmayıb.

Quldurlar mübarizəni artıq bu ilin fevralında – təcridxanadan buraxılmalarından iki gün keçməmiş davam etdiriblər.

Cinayətkarlar Nazarova onun ərazisində başqa stamatoloqun işləyəcəyini elan ediblər. İş adamı çölə atılıb.

İş adamının fikrincə, baş verənlərin hamısında həmin Əhməd Gəlməsovun – 2016-cı ildə onun biznesini adına yazdırmaq istədikləri şəxsin əli olub.

Nazarovun klinikası hazırda işləmir, biznesmen özü isə onu incidənlərin məsuliyyətə cəlb edilməsinə cəhd göstərir. O, Vladimir Kolokoltsevə, Yuri Çaykaya, Aleksandr Bastrıkinə, hətta Vladimir Putinə ərizə ilə müraciət edib.

Nijni Tagildə vəziyyət həqiqətən dəhşətli və qorxuludur.

(modern.az)

 



Xəbər 3973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +