“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar


10.12.2022  18:40 

Baba nəvəsinə qeyri-etik videolar göstərdi və...





A+  A-

2016-cı ildə öz babası tərəfindən təcavüzə uğrayan Olqa adlı gənc bir rus qız 2020-ci ildə polisə müraciət etmək qərarına gəlib.

XəzərNews.az xəbər verir ki, hadisə Moskva ətrafında yerləşən qəsəbələrin birində baş verib.

Belə ki, 19 yaşlı Olqa (ad dəyişdirilib) dekabrın 8-də polisə müraciət edərək hələ 2016-cı ildə nənəsi və babası ilə birgə yaşadıqlarını bildirib. O zaman Olqanın 13 yaşı olub.

Olqanın 49 yaşı olan Əziz adlı babası qızcığaza porno videolar göstərib və ona sataşmağa başlayıb.

Qız babasının təcavüzünü dayandırmaq üçün bir neçə dəfə cəhd etsə də heç nəyə nail ola bilməyib.

Baba onu müxtəlif vasitələrlə qorxudaraq iyrənc əməlini davam etdirib.

Nəhayət 2020-ci ildə babası tərəfindən bir daha zorlanan Olqa başına gələnləri anası və nənəsinə danışıb.

Qəzəbli qadınlar babanı evdən qovublar, lakin Olqanın atasına bu barədə heç nə deməyiblər. Olqanın anası və nənəsi onun Əzizi öldürəcəyindən qorxublar.

Olqa baş verənləri unudarkən universitetə daxil olur, psixoloq yanına gedir.

Lakin bir gün kabus geri dönür, qaldığı yataqxanada dostları onu bir nəfərin axtardığını deyirlər. Məlum olur ki, Olqanı axtaran adam Əzizə çox bənzəyir.

Olqa dərhal polisə müraciət edir və həmin gün taksi sürücüsü işləyən şübhəli şəxs saxlanılır.

Kişi özünü təqsirli bilməsə də faktla bağlı cinayət işi açılır.

XəzərNews.az

Xəbər 1102 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +