Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


15.04.2017  10:38 

Ərdoğan ilk dəfə AÇIQLADI: Kılıçdaroğlu isə əksini dedi





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə referendum anketləri ilə bağlı nəticələri açıqladı.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan referendum göstəricilərinin böyük hissəsinin müsbət olduğunu bildirib.
O, bunu TRT-də yayımlanan son referendum proqramına qonaq olan zaman deyib.
Prezidentin sözlərinə görə, araşdırma qruplarından əldə etdikləri nəticələrin faiz nisbəti 55-dən aşağıdır, lakin 55-60 aralığında olanlar da var.

Rəcəp Tayyip Ərdoğan çıxışı zamanı bazar günü reallaşacaq referendum nəticəsinin böyük fərqlə “hə” olacağını da qeyd edib.

Ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu isə bildirib ki, son təxminlər nəticənin 53 faizinin “yox” istiqamətində olduğunu göstərir.

Kılıçdaroğlu səsverənlər arasında “yox” deməkdən qorxan kütlə olduğunu da qeyd edib.

Aprel ayının 16-da Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcək. Referendumda konstitusiyaya 18 dəyişiklik təklif olunur.

Referendumdan “hə” çıxarsa, Türkiyədə prezident səlahiyyətləri artırılacaq.

Xəbər 1364 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +