Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


09.03.2024  13:29 

Ordu Naxçıvanda TƏLİMLƏRƏ BAŞLADI





A+  A-

Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.

Xəzərnews.az MN-ə istinadən xəbər verir ki, komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub. Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib.

Stasionar və səhra idarəetmə məntəqələrində təlimin rəhbərliyi tərəfindən müxtəlif müdaxilələrlə qərargahların fəaliyyəti qiymətləndirilib və hesabatların aparılma ardıcıllığına, düzgünlüyünə və real şəraiti əks etdirməsinə köməklik göstərilib. Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsi ilə vizual müşahidə aparılıb, şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Verilən döyüş tapşırığına əsasən xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və komanda-idarəetmə məntəqəsinə basqınlar keçirilib.
Xüsusi təyinatlı bölmələr mövqeləri və vacib obyektləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv ediblər.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinin simulyasiya mərkəzində komandir və qərargahların yaranmış şəraitə uyğun qərarları dinlənildikdən sonra ikitərəfli təlimə onlayn rejimdə start verilib.

Yekunda aidiyyəti üzrə təlimə cəlb olunmuş bölmələr tərəfindən icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, mövcud problemlərin həlli istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.














Xəbər 1111 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +