Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


21.11.2017  11:46 

Dövlət sərhədini pozan 39 nəfər saxlanıldı





A+  A-

Bu ilin oktyabr ayı ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Pakistan, 1 nəfəri Ru­­­siya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nə­fə­ri Hin­­distan vətəndaşları olub.

Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq ba­­rələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­duq­la­rı­na görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olundu­ğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası ol­madığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qal­dığına gö­rə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sər­hə­dindən bu­raxıl­ma­yıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nə­fər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­birləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götü­rül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qum­barası, 2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000 Ru­si­ya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil te­lefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sə­na­ye və kənd təsərrüfatı malları saxlanılıb.

Xəbər 1276 dəfə oxunub.




20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +