İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.10.2021  17:23 

Prokurorluq 20 min manata görə DSX polkovnikini məhkəməyə verdi





A+  A-

Hərbi Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən və məhkəmədə azadlığa buraxılan Dövlət Sərhəd Xidmətinin polkovniki Samiq Əzizova ödənilməli olan 20 min manatı qaytarmamaq üçün apellyasiya protesti verib.

DSX Sahil Mühafizəsinin Şimal regional şöbəsinin rəisi olan S.Əzizova Bakı Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib. Hökmdə qeyd edilib ki, cinayət işinin istintaqı zamanı müsadirə olunan S.Əzizova məxsus təxminən 20 min manat pul özünə qaytarılmalıdır.

Lakin Hərbi prokurorun müavini hökmdən narazı qalaraq apellyasiya protesti verib. Samiq Əzizovun müsadirə olunan və Baş Prokurorluğun depozit hesabında saxlanılan 11 716 manat və 5 100 dollar məbləğində pulun dövlətin nəfinə keçməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib və qərar verilib ki, həmin məbləğ cinayət yolu ilə əldə edilmiş əmlak kimi dövlət nəfinə müsadirə edilsin.

İttihama görə, S.Əzizov 2011-2020-ci illərdə balıq ovu ilə məşğul olan şəxslərdən 59 şəxsdən 439 850 manat rüşvət alaraq dənizə çıxmaqlarına qanunsuz icazələr verib. /“Kriminalqafqaz”/

Xəbər 2123 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +