Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


09.04.2021  16:10 

“17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib” - Nazir





A+  A-

“Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və onların hamısına imtina verilib”.
XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, əksər imtinalar əyani müayinədən sonra müəyyən edilib. Ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb:

“Araşdırmalar aparılan dövrdə, il ərzində 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əgər bu işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı. Başqa insanların, əlilliyi olan şəxslərin haqqına girilərdi. Bu istiqamətdə sui-istifadə halları var idi və bunların qarşısı alınır”.

Nazir, həmçinin bildirib ki, sağlamlığında hər hansı problem olan şəxs səhiyyə müəssisəsinə müraciət edir. Xəstəliyi ilə bağlı elektron protokol tərtib olunur və ondan sonra ƏƏSMN-ə müraciət olunur. Əgər həmin şəxsin əlilliyi təsdiq olunmursa, bunun səbəbləri göstərilir. Hazırda müzakirə olunan məsələlərin çoxu əlillik təyinatı ilə deyil, müddətin bitməsi ilə bağlıdır. Bunu təhrif edərək əlilliyin dayandırılması kimi təqdim edirlər:

“Əlillik müddəti bitən şəxslərin sayı on minlərlədir. Həmin şəxslər müddətin bitməsinə az qalmış müvafiq müayinələrdən keçməlidirlər. Müddətli əlillik geridönməz hallara şamil edilmir. Müalicəsi olmayan xəstəliklərdə əlillik müddətsiz verilir. Reabilitasiya oluna bilən xəstəlik olduqda isə əlillik müddətli təyin edilir”.

Xəbər 2022 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +