Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


29.04.2020  16:10 

Nazirlikdən subaylara “evli”, gənclərə “pensiyaçı” SMS-i gəldi





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən subay şəxslərə həyat yoldaşlarının mülkə və ya nəqliyyat vasitəsinə sahib olması ilə bağlı imtina cavabının verilməsi ilə bağlı açıqlama yayıb.
XəzərNews.az-ın məlumatına görə, qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər onlara gələn cavab mesajını təhrif edərək paylaşırlar:

“Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər. Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur”.

Qeyd edək ki, həmin şəxslər mesajın fotosunu paylaşaraq nazirlik rəsmisinə cavab veriblər.

Xatırladaq ki, birdəfəlik ödəmə üçün müraciət edən gənclərə imtina səbəbi kimi pensiya almaları, bəzi subay şəxslərə isə həyat yoldaşlarının adında pay torpağı, mülk və ya nəqliyyat vasitələrinin olduğu göstərilib.

***

F. Talıbov “Qafqazinfo”ya açıqlamasında gənc şəxslərə pensiya almaları ilə bağlı gələn SMS cavablarına da münasibət bildirib:

“Vətəndaşlar üç növ pensiya ala bilər: yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə. İstənilən yaşda olan vətəndaş pensiya ala bilər. Əgər ona yaşa görə pensiya düşmürsə, digər iki kateqoriya üzrə pensiya düşə bilir. Pensiya alması ilə bağlı SMS gələn gənclər də çox yaxşı bilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlardır, sadəcə ifadəni bilmirlər, ya özlərini bilməzliyə qoyurlar. Bir sözlə, gənclərin pensiya alması ilə bağlı SMS-in gəlməsində heç bir qeyri-adi hal yoxdur. Ata rəhmətə gedirsə, işlədiyi vaxt ərzində yığdığı kapital ailənin gənc üzvünə aylıq əsaslarla ödənilir. Bəzən mətbuat orqanları da sosial şəbəkədə yazılanların toruna düşür”.

Xəbər 2251 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +