İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.09.2019  08:46 

Qayınata 30 yaşlı gəlinini buna görə baltalayıb





A+  A-

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib.
XəzərNews.az bildirir ki, "Qafqazinfo"ya hadisənin təfərrüatları məlum olub.

Cəmilə Məhərrəmovanın yaxınlarının verdiyi məlumata görə, hadisə mülk üstündə baş verib. Belə ki, hadisə baş verən gün Firdovsi Məhərrəmov qızıgilə gedib. O, kürəkəni ilə dava edərək, qızıgilə verdiyi evdən çıxmasını tələb edib. Kürəkəni tərəfindən evdən qovulan qayınata, Cəmilə Məhərrəmovanın yaşadığı ünvana gəlib. O, buradada eyni söhbəti edərək, oğlugilin evdən çıxmasını istəyib. 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov hamını öldürəcəyini dilə gətirib. Bu zaman Məhərrəmova nar ağacının altında qab yuyurmuş. Bundan şikayətlənən Firdovsi Məhərrəmov suyu ağacın dibinə tökməməsini istəyib. Bu zaman qayınata arxadan balta ilə gəlinini vurub. Mərhumun böyük oğlunun gözü qarşısında Cəmilənin bədəninə 12 zərbə endirən Məhərrəmov, gəlinini sürüyərək evin arxasına aparıb. O, daha sonra polisə gedərək təslim olub.

4 uşaq anası olan Cəmilənin əri heyvandarlıqla məşğul olub. Hadisə baş verən zaman mərhumun həyat yoldaşı evdə olmayıb.

Məlumata görə, Firdovsi Məhərrəmov əvvəllər məhkum olunub. Onun zorlama hadisəsinə görə 10 ilə yaxın həbs cəzası çəkdiyi deyilir. Buna görə 3 ay öncə həbsdən çıxan Məhərrəmovdan yaxınları üz döndərib.

Qeyd edək ki, F.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 1099 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +