İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.12.2018  16:03 

Azərbaycanda qətllər törədən məşhur killer saxlanıldı





A+  A-

Azərbaycanda sifarişli qətllər həyata keçirən məşhur killer Rusiyada saxlanılıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva hüquq-mühafizə orqanları tərəfindən saxlanılan İlya Şabanovun bankirlərin qətlində ixtisaslaşdığı bildirilir.

Rusiya mətbuatında adı “təhlükəli cinayətkar” olaraq keçən Şabanov “bankir qatili” ləqəbi ilə tanınır və 2012-ci ildə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir neçə maddə ilə beynəlxalq axtarışa verilib.

Hazırda onun ölkəsinə ekstradisiyası məsələsinə baxılır.

Killer biznesmen Rauf Həsənovun qətlindən sonra axtarışa verilib. Bir qrup şəxs tərəfindən həyata keçirilən qətlin ortaqlarından biri də Fərhad Süleymanov olub. O, ölkəni tərk etmək istəyərkən saxlanılıb və digər cinayətkarları da ələ verib. Məlum olub ki, killerləri qurbanla 5 milyon dolları bölüşmək üstündə razılaşa bilməyən Mustafa Aslanov adlı şəxs tutub.

Xəbər 854 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +