İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.08.2017  13:43 

ABŞ estafeti Azərbaycana verdi





A+  A-

ABŞ-ın Cənubi Karolina ştatının Rock Hill səhərində velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb.
Qərb dünyasında çox populyar olan bu yarışda planetin 48 ölkəsindən 3750 idmançı iştirak edib.

Maraqlıdır ki, yarışın ən kiçik iştirakçısının 5 yaşı olub. Verilən məlumata görə, 3400-dən çox uşaq idmançının (Chellenger) valideynləri ilə birlikdə yarışı izləməyə gələnlərin sayı 30 mindən çox olub. 10 gün ərzində Rock-Hill şəhəri demək olar ki, bu yarışla nəfəs alıb.

Yarış günləri ərzində havanın hərarətinin çox yüksək olmasına baxmayaraq, dünya çempionatı olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Bu barədə tədbirdə rəsmi qonaq kimi iştirak edən Azərbaycan nümayəndə heyətinə Rock Hill şəhərinin meri cenab Duq Ekols ətraflı məlumat verib. Merlə görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov BMX üzrə dünya çempionatının estafetini ABŞ kimi ölkədən qəbul etməyin Azərbaycanın üzərinə əlavə bir məsuliyyət də qoyduğunu bildirib. Çünki bu idman növü Qərbdə çox populyar olsa da, Azərbaycanda yalnız Bakı-2015 ilk Avropa Oyunlarından sonra tanınmağa başlayıb.

Avropa Oyunlarında ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2017-ci il Dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və dövlət başçısı İlham Əliyevin tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.

2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.

(qafqazinfo.az)

Xəbər 1079 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +