İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.05.2024  09:45 

“Fortis Group“ Heydər Əliyevə həsr olunan tədbir keçirdi - FOTO





A+  A-

Bu gün görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Xəzərnews.az Bakupost.az-a İstinadla xəbər verir ki, bu münasibətlə ölkə boyu bir çox müəssisələrdə tədbirlər keçirilir. Ölkənin önəmli istehsal müəssisələrindən biri olan "Fortis Group" MMC də Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə "Fortis Group" MMC-nin Müşahidə Şurasının Sədri Cəmil Rüstəmxanlı və şirkətin rəhbər heyəti Ulu Öndərin müəssisə ərazisindəki büstü qarşısına əklil qoyaraq dahi liderin xatirəsini etiramla yad ediblər.

Şirkətin akt zalında təşkil olunan tədbirdə çıxış edən müəssisənin İdarə Heyətinin sədri Asif İbrahimov Heydər Əliyev şəxsiyyətinin müasir Azərbaycan tarixində tutduğu yerdən danışıb. Ulu Öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözlərini xatırladan Asif İbrahimov vurğulayıb ki, istər Azərbaycana rəhbərlik etdiyi illər ərzində, istərsə də SSRİ adlanan ölkədə fəxri kürsülərdə əyləşdiyi, fəaliyyət göstərdiyi zamanlarda həyatını vətəninə, torpağına, xalqına həsr edən Heydər Əliyevi Azərbaycan məhəbbəti, azərbaycançılıq hissləri bir an da olsa, tərk etməyib.

Müəssisənin Baş Mühəndisi Mədət Rüstəmxanlı dahi liderlə bağlı öz xatirələrini bölüşüb, Ümummilli Liderin insanlara hər zaman xüsusi diqqətlə yanaşdığını vurğulayıb. O, öz çıxışında fərqli zamanlarda Heydər Əliyevin Azərbaycan qarşıısnda tarixi xidmətlərindən bəhs edib.

Anım tədbiri digər çıxışlarla davam edib.















Xəbər 2062 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +