Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


24.02.2021  11:06 

Hansı yollar buz bağlayıb?





A+  A-

Respublikanın əsas avtomobil yollarının vəziyyəti ilə bağlı məlumat açıqlanıb.
XəzərNews.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu gün saat 10:00-a olan məlumata görə, bir sıra yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması istiqamətində iş aparılır:

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi

Qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir. Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Giləzi - Xızı

Qar yağır, 8-10 dərəcə şaxta var. Yoldan kənarda qarın hündürlüyü 10-15 sm təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bakı - Qobustan

Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-25 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Şaxta 5-7 dərəcə təşkil edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan - Şamaxı - Muğanlı

Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-30 sm qar var. Şaxta 4-5 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Muğanlı - Ağsu - Yevlax

Qar yağır, güclü külək əsir. Muğanlı ərazisində 15-20 sm qar, 5-6 dərəcə şaxta var. Ağsu dolaylarında 8-15 sm qar yağmış, yolun Ağsu-Ağdaş hissəsində 1-2 dərəcə şaxta var, yolda qar yoxdur. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul

Qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax

Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı

Qar yağır, yolun kənarlarında 10-15 sm qar var. Güclü külək əsir, yolun 0-25 km hissəsində, eləcə də meşə zolağında yerləşən hissəsində buzlaşma əmələ gəlmişdir. Şaxta 3-4 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ - Oğuz- Şəki

Marşrut boyu qar yağır, güclü külək əsir, 2-3 dərəcə şaxta var. İsmayıllı və Qəbələ rayonları ərazisində 10-15sm, Oğuz və Şəki rayonları ərazisində 2-3 sm qar var. Hazırda kənd yolları daxil olmaqla yolların qardan təmizlənməsi və normal hərəkətin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi

Marşrut boyu zəif qar yağır, güclü külək var. 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Yevlax – Şəki (Göybulaq)

Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq

Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi

Yolun Masallı-Astara hissəsində zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı

Zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik

Qar yağır, güclü külək əsir, şaxta 5-6 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Hacıqabul – Bəhramtəpə – Horadiz

Zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Xəbər 2288 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +