Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


21.11.2020  16:24 

Sabah dağlıq rayonlarda qar gözlənilir





A+  A-

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
XəzərNews.az xəbər verir ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11,Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əssasən əlverişlidir.

Xəbər 1995 dəfə oxunub.




21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir


BÜTÜN XƏBƏRLƏR +