Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


14.09.2020  10:28 

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb





A+  A-

Bu ilin səkkiz ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb.
İqtisadiyyat Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 2020-ci ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2156,2 mln. kVt/st, ixracı 97,86 mln. kVt/st, idxalı 7,3 mln. kVt/st olub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln. kVt/st, ixrac 67,74 mln. kVt/st, idxal isə 3,5 mln. kVt/st azalıb.

Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln.kVt/st azalaraq 17502,7 mln. kVt/st olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln. kVt/st artaraq 16415,5 mln. kVt/st, SES-lərdə 357,8 mln. kVt/st azalaraq 846,6 mln. kVt/st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln. kVt/st azalaraq 240,6 mln. kVt/st olub. Külək Elektrik Stansiyalarında 70,5 mln. kVt/st, Günəş Elektrik Stansiyalarında 33,1 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137,0 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15649,8 mln. kV/ts (İES-lərdə 14952,1 mln. kVt/st, SES-lərdə 697,7 mln. kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln. kV/st (İES-lərdə 124,6 mln. kVt/st, SES-lərdə 133,2 mln. kVt/st, Günəş ES-də 28,7 mln. kVt/st), Müstəqil Elektrik Stansiyaları üzrə 1566,4 mln. kVt/st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln. kVt/st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln. kVt/st, idxalı isə 94,7 mln. kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt/st azalıb

Xəbər 2051 dəfə oxunub.




21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +