“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


27.06.2018  21:45 

Bakıda tıxac 20 gün davam edəcək - Rəsmi





A+  A-

Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxaca səbəb olan Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində aparılan işlər hələ təxminən 1 aya qədər davam edəcək.
XəzərNews.az xəbər verir ki, bu sözləri Axar.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sözügedən yolda aparılan işlərlə əlaqədar həmin istiqamət üzrə hərəkətin qismən məhdudlaşdırılması səbəbindən yaranan böyük tıxacdan danışarkən deyib.

A.Nəcəfli bildirib ki, təmir hələ yeni başlayıb və mərhələləi şəkildə davam edəcək:

“Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Hazırki mədudlaşma 2-3 gün çəkəcək. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi.

Sonra isə əks istiqamətdə başlanılacaq. O da təxminən 2 həftə davam edəcək. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq. Təxminən 20 günə bütün işlər yekunlaşacaq”.

A.Nəcəfli bildirib ki, məhdudlaşdırmaya baxmayaraq, sürücülər 20 Yanvar dairəsi və Şamaxı yolundan istifadə etməklə, yenidən əsas yola çıxa bilər. Bundan başqa, Biləcəri enişindən istifadə etməklə “Delfin” otelin qarşısından da əsas yola çıxmaq imkanları var:

“Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar. Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etmələri tövsiyyə olunur”.

Anar Nəcəflinin sözlərinə görə, təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək.

Xəbər 1489 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +