İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


28.05.2018  13:19 

Sabahın havası: Yağış yağacaq, dolu düşəcək





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-23° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.

Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti olacaq.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti təşkil edəcək.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti təşkil edəcək.

Sinoptiklərin xəbərdarlığına görə, mayın 29-dan 30-u gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 1580 dəfə oxunub.




24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +