Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


27.09.2017  18:32 

Akif Çovdarov məhkəmədən son söz üçün vaxt istədi





A+  A-

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən və günün ikinci yarısında davam etdirilən prosesdə sabiq idarə rəisi Akif Əliyev son sözlə çıxış edib. O da digərləri kimi ittihamı qəbul etməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
A.Çovdarova son söz verilsə də, o, hazır olmadığını, gələn prosesdə son söz deyəcəyini bildirib.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

(report.az)

Xəbər 1504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +