“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


27.05.2024  15:41 

“Yaxşı kişi arvadını paylaşmaz” deyənləri tapıb... - Məşhur tiktoker





A+  A-

“Diasporla müsahibə”nin növbəti qonaqları Tiktok platformasında Azərbaycan mahnılarına biri-birindən maraqlı videolar çəkib paylaşan Niderlandda yaşayan Türk ailə - Doğan Günəş və Melis Busə cütlüyü olub.

Niyə məhz Azərbaycan musiqilərinə video çəkərək paylaşmalarına Doğan Günəş belə aydınlıq gətirib:

“Təxminən 2 il əvvəl tiktok üçün videolar çəkməyə başladım. Əvvəl videoları tək çəkirdim. Bir dəfə Melislə birlikdə video paylaşdım, izləmə çox gəldi. Sonra yaxşı şərhlər yazıldıqca davamlı videolar paylaşmağa başladım. Mən əslində Azərbaycan türküyəm. Bunu təzə tanış olanda həyat yoldaşıma deməmişdim. Melis Azərbaycan aşiqidir. Biz Azərbaycan musiqilərini çox sevirik”.

M.Busə isə bildirib ki, adətən, keçici videolar çəkirlər:

“Mahnı seçimini çox vaxt mən edirəm. Davamlı olaraq Azərbaycandan olan klassik və müasir müğənnilərin ifalarını dinləyirəm. Mən instaqramda, Doğan isə tiktokda daha aktivdir. Bizə adətən xoş sözlər, müsbət şərhlər yazılır. Ailəvi videolar paylaşanda bəzən mənfi şərhlər yazıldığı üçün silirik”.

D.Günəş əlavə edib ki, bir-birlərinə çox inanırlar:

“Ailədə gərək qarşılıqlı hörmət və sevgi olsun. Buna görə yoldaşıma kömək edirəm. Lazım gəlsə evdə iş də görürəm. İkinci qızımız çox balaca olduğu üçün onu saxlamaqda da kömək edirəm. Çünki hər ikimiz işləyirik. Hətta iş yerimdə də Azərbaycan mahnıları dinləyirəm ki, hər kəs eşitsin. Mən ailəmlə video paylaşanda şərhlərdə deyirlər ki, “Sən necə kişisən ki, xanımını, qızlarını paylaşırsan?”, “Yaxşı kişi evdə iş görməz, arvadın nə işə baxır, yeyib-yatır?” kimi ifadələr yazırlar. Lazım gələndə artıq-əskik danışanları tapıb üzr də istədirəm. Mən bir dəfə Azərbaycanda olmuşam. Gördüm ki, hər kəs xanımı ilə çox rahatdır, heç kəs xanımının başına torba keçirib çölə çıxartmır”.

Müsahiblərimiz bildirib ki, artıq bir neçə müddətdir Niderlandda yaşayırlar:

“Buna səbəb Niderlandda həyat tərzinin daha yüksək səviyyədə olmasıdır. Bu yay ailəmizlə birlikdə Azərbaycana qonaq gələcəyik. Azərbaycan çox gözəl ölkədir. Mədəniyyətinizi, musiqinizi çox sevirik. Bu səbəbdən də videolar çəkməyə davam edəcəyik”.

Cütlüyün Lara və Zara adlı 2 qız övladı da var. Cütlük bildirib ki, bəd-nəzərə və onlara yazılan mənfi şərhlərə görə uşaqlarını çox da paylaşmırlar.




Xəbər 921 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +