Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb


04.04.2022  21:21 

”Ölkədə korrupsiya ilə bağlı vəziyyət çox pisdir”





A+  A-

“Bakının mərkəzində - “Location” gecə klubunda baş verən faciə ölkədə korrupsiya ilə bağlı vəziyyətin çox pis olduğunu bir daha sübut etdi”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, belə obyektlərdə aidiyyəti qurumlar tez-tez yoxlamalar aparır. Amma onların məqsədi təhlükəziliyə riayət edilməsi məsələsi deyil:

“Düşünürəm ki, müvafiq orqanlar kifayət qədər çox ciddi reydlər keçirirlər. Lakin məqsəd heç də o obyektin, müəssisənin qanunvericiliyə uyğun olub-olmadığını yoxlamaq üçün deyil, məqsəd o boşluqların tapıb, obyektin sahibindən bu və ya digər formada qanunsuz ödəniş almaqdır. Qanunvericilikdə var ki, zirzəmilərdə təbii qazdan istifadə etmək qadağandır. Əsasən elə məkanlarda elektrik enerjisindən istifadə nəzərdə tutulub. Amma restoranlarda, kafelərdə və bu kimi obyektlərdə qazdan istifadə olunur. Çünki elektrik enerjisində bu çox baha başa gəldiyi üçün insanlar təbii ki, alternativ yollar axtarırlar. Alternativ də daha təhlükəli balon qazlarının istifadəsidir. Burada təkcə qazdan yox, həm də balonun keyfiyyətindən söhbət gedə bilər. Hamı bilir ki, belə məsələlərdə, rüşvət, korrupsiya mövcuddur. İstənilən bir obyekt götürüb istifadə etdiyiniz zaman, mütləq yanğınsöndürmədən kimsə gələcək və aylıq sizdən haqq tələb edəcək”.

T. Abbaslı bildirib ki, bütün qanunvericilik qəbul olunarkən əhalinin vəziyyətindən daha çox, dövlət qurumlarına əlavə qazanc yeri açılma məqsədi güdülüb:

“Əminəm ki, o müəssisədə ayda bir dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri yoxlanış adı ilə gedib və ödəniş alıblar. Ona görə də bu məsələdə ciddi araşdırma aparılmalıdır. Qanunları pozan orqanlar məhz məsuliyyətə cəlb olunmalıdır. Çünki idarəni yoxlayan insanların əlində yoxlanış kağızları olur. Bu məsələni təkcə sahibkarların boynuna atmaq olmaz. Bunu bəhanə edib kiçik və orta sahibkarlığın belini qırmaq olmaz. Eyni zamanda göz yumub, kim nə istəyir etsin də demək olmaz. Burada orta xəttin tapılmasının tərəfdarıyam. Hökumət bu istiqamətdə proqram qəbul etməlidir. Keçmişə qayıtsaq görərik ki, bu birinci dəfə baş verən hadisə deyil. Çünki ildə bir dəfə Bakıda belə partlayış olur. Hər halda belə hadisələr təhlükəsizliyin gücləndirilməsi üçün bir siqnaldır”.

Xəbər 1678 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +