“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


04.04.2023  10:57 

Qadınlar qaydaya məhəl qoymur, hakimiyyəti hədələyir





A+  A-

İranda bir kişinin müqəddəs Məşhəd şəhərində başını örtməyən iki qadına mağazada hücumunu göstərən video ölkədə əks-səda yaradıb.

Martın 31-də dərc olunmuş videoda mağazaya girən kişinin iki hicabsız qadın müştərini əvvəlcə tənbeh, sonra onlara hücum etdiyi görünür.

Sonra kişi qadınların başına qatıq tökür, bu zaman mağazanın kişi işçisi onun qarşısını kəsir. Həmin şəxsin mağaza sahibi, yaxud satıcı olduğu bəlli deyil.

İran ədliyyəsinin aprelin 2-də yaydığı məlumata görə, həmin iki qadın – ana və qızı hicab qanununu pozduqlarına görə həbs olunublar. Hücum edən şübhəlinin isə “ictimai asayişi pozduğu” üçün saxlandığı bildirilir.

Mağaza sahibi Abbas Həcərpur həbs olunub, sonra zaminə buraxılıb. O, “Rokna” xəbər saytına deyib ki, aprelin 3-də “izahat vermək üçün” məhkəmə qarşısına çıxarılacaq. O, mağazasının qısa müddətə qapadıldığını söyləyib.

Qadınlar qaydaya məhəl qoymur, hakimiyyət hədələyir

Bu insident İranda qadınların hicab qanununun icrasına nəzarət edən əxlaq polisi və hökumətyönlü könüllülər tərəfindən mütəmadi qısnama və zorakılığa məruz qalmasını bir daha diqqət mərkəzinə gətirib.

Ancaq getdikcə daha çox qadın ictimaiyyət arasında hicabsız görünərək dini rejimə meydan oxuyur.

Ötən ilin sentyabrında başlanan kütləvi etirazlar qadınları daha da ürəkləndirib. 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan və vəfat edəndən sonra ölkəni etirazlar bürüyüb. Nümayişlərdə qadınlar baş örtüklərini çıxararaq yandırıblar.

Son aylar etirazlar səngisə də, qadınlar hicab qaydalarını pozmağa davam edirlər. Hakimiyyət isə qanunu pozanların cəzalandırılacağını bildirir.

“Cəhalət”, “ehtirama layiq hərəkət”

Sosial mediada bir çox iranlı Məşhəddəki insidentlə bağlı hakimiyyətə qəzəblərini ifadə ediblər. Onlar hökuməti hicab qanununu zorakılıqla tətbiq etməkdə, keşikçiləri buna həvəsləndirməkdə suçlayırlar.

İranlı ssenarist Mehrab Qasımxani Instagram-da yazıb ki, dövlət adamları “yaxşı və pis” vətəndaşlara bölüb, bu da cəmiyyətdə “dərin və qorxulu uçurum” yaradıb.

“Bu, cəmiyyətin bir hissəsini ürəkləndirən və şərəfləndirən, digər hissəsini isə alçaldan və cəzalandıran diskriminativ qanunların nəticəsidir”, – o qeyd edib.

Keçmiş islahatçı prezident Məhəmməd Xatəminin dövründə vitse-prezident işləmiş Məhəmməd Əli Abtahi insidenti “cəhalət” adlandırıb.

Vəkil Əli Müctəhedzadə mağazada qadınlara hücum edənin qarşısını alan kişi işçini “şərəfli” hərəkətinə görə tərifləyib. “Bu, ehtirama layiq əxlaqlı, insani və hüquqi hərəkət idi”, – o deyib.

“Əsri İran” xəbər saytı şübhəli barəsində “qətiyyət və şəffaflıqla tədbir görüləcəyinə” ümidini bildirib.

Qanuna nəzarət gücləndirilir

Bu arada hakimiyyət hicab qanununun tətbiqinə nəzarəti artırır. Sərt-xətt tərəfdarı olan deputatlar hicabla bağlı daha sərt addımlar təklif ediblər.

Ultramühafizəkar prezident İbrahim Rəisi aprelin 1-də deyib ki, hicab “dini zərurət”, “hüquqi məsələ”dir.

Daxili İşlər Nazirliyi isə martın 30-da bildirib ki, “dini prinsiplərlə əlaqədar hər hansı geri çəkilmə olmayıb, olmayacaq”. Qurum hicabın “İran İslam Respublikasının praktik prinsiplərindən biri kimi qalacağını” əlavə edib.

İranın təhsil və elm nazirlikləri aprelin 3-də ayrı-ayrılıqda bəyanatlar yayaraq məcburi geyim kodekslərinə, o cümlədən hicab qaydasına əməl etməyən məktəb və universitetlərdə “təhsil xidməti” göstərilməyəcəyini bəyan ediblər./AzadlıqRadiosu

Xəbər 812 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +