“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


06.12.2022  10:17 

Problemlərin həlli üçün 10 min manat veriblər...





A+  A-

“Naxçıvandan verilən məlumata görə, Şərif Hüseynəliyevin rəis olduğu dövrdə Culfa Rayon Polis Şöbəsinə gətirilənlər haqlı-haqsız olub-olmamasından asılı olmayaraq, ən azı 10 min manat verməli olublar ki, problemləri həll olunsun”.

XəzərNews.az xəbər verir ki, bunu jurnalist Həbib Müntəzir özünün feysbuk səhifəsində yazıb.

Jurnalist iddia edir ki, ona verilən məlumata görə sözügedən rəis pulu olmayan şəxsləri isə kredit götürmələri üçün “Naxçıvan Bank”a göndərirmiş:

“Rəis pulu olmayan vətəndaşlar üçün çarə də fikirləşib. Culfanın “Naxçıvan Bank” filialının müdirinə zəng edərək deyirmiş ki, oraya adam göndərirəm, ona 10-15 min kreditə pul ver. Bankdan pul çıxaran vətəndaşlar pulu götürdüyü kimi rəisə gətirib verib, problemlərini həll ediblər. Sonra da itin zülmün çəkib krediti bağlamağa çalışıblar.

Həmin şəxslərin əksəriyyətinin hələ də banklara pul ödədiyi deyilir. Məsələn, eks-rəis keçmiş prezident Əbülfəz Elçibəyin şəklini sosial mediada bəyəndiyi üçün Culfanın Əlincə kəndindəki Elmar adlı sahibkardan 10 min manat alıb. Rəis vəzifədən azad olunan kimi ondan bu pulun geri alındığı deyilir”.

H. Müntəzir bildirib ki, hazırda sabiq polis rəisi Naxçıvanda şəriki olduğu “Araz Karqo” şirkətində fəaliyyyət göstərir:

“Bakıdan Naxçıvana spirtli içkilər gətirir, topdan və pərakəndə satışla məşğul olur. “Naxçıvan Bank” da bir başa Vasif Talıbovlar ailəsinin şəxsi bankıdır. Bankın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbovadır, bankın səhmləri də ailə üzvlərinə aiddir. Rəis işləmiş Şərif Hüseynəliyev də Naxçıvanın daxili işlər naziri olmuş, polis general-leytenantı Fazil Ələkbərovun ən yaxın adamlarından biri hesab olunur. Fazil Nəriman oğlu Ələkbərov isə Vasif Talıbovun həm xalası oğlu, həm də keçmiş qudasıdır. Naxçıvanın Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov isə Vasif Talıbovun qardaşıdır. Kim kimi cəzalandıracaq?”.

Xəbər 845 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +