Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol


21.01.2019  12:29 

Bakıda 22 ton maye qaz daşıyan avtosistern aşıb





A+  A-

Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan “Mercedes” markalı avtosistern aşıb.
XəzərNews.az-ın FHN-ə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.

DYMX-nin xilasetmə qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.

Xəbər 1014 dəfə oxunub.




24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib


BÜTÜN XƏBƏRLƏR +