İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.04.2020  18:39 

Avropa çempionatı üçün İtaliyaya 3 tarix təklif edildi





A+  A-

Avropa Velosipedçilər Birliyinin (UEC) videokonfrans formatında iclası keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, toplantıda AzVİF-in I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib.

İclasda 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkili məsələləri əsas müzakirə mövzularından olub.

Bildirilib ki, bir neçə gün əvvəl Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən “Tour de France” veloturunun 29 avqust – 20 sentyabr, İsveçrədə təşkil ediləcək şose velosipedi üzrə dünya çempionatının isə 20 - 27 sentyabrda tarixlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. 9 - 13 sentyabrda İtaliyanın qəbul etməli olduğu Avropa çempionatının yeni vaxtının müəyyənləşdirilməsi ilə bağlı təşkilatçı ölkəyə 3 müxtəlif tarix təklif edilib. Yaxın günlərdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Tokio Yay Olimpiya Oyunlarının gələn il 23 iyul – 8 avqustda keçiriləcəyini nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının vaxtının dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, UEC Direktorlar Komitəsi Belarus hökuməti ilə birlikdə qitə çempionatının yeni tarixinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrə başlayıb.

Xəbər 1364 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +