İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.03.2019  16:09 

Avropada derbi həftəsi





A+  A-

Bu həftə Avropanın aparıcı ölkə çempionatlarında bir-birindən maraqlı derbilər baş tutacaq.
XəzərNews.az xəbər verir ki, azarkeşlər İspaniya, İngiltərə, İtaliya və Portuqaliya çempionatlarında böyük maraqla gözlənilən bir neçə oyuna şahid olacaqlar.

İspaniya La Liqasında növbəti “el klasiko” baş tutacaq. Madrid “Real”ı bir neçə gün öncə kubok çərçivəsində doğma meydanda böyük hesabla uduzduğu əzəli rəqibi “Barselona”nı qəbul edəcək. 26-cı tur çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçiriləcək bu görüşdə madridlilərə qələbə hava-su kimi lazımdı. Lider Kataloniya klubundan 9 xal geridə olan “Real” bu dəfə uduzacağı halda, çempionluq şanslarını daha da azaldacaq. Sabah baş tutacaq bu oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək.

İtaliya A Seriyasında isə iki paytaxt klubu - “Latsio” və “Roma” qarşılaşacaq. Romadakı “Olimpiko” stadionunda keçiriləcək bu görüş sabah saat 23:30-da başlayacaq. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan əzəli rəqiblərin dueli bu üzdən 6 xallıq əhəmiyyət daşıyır.
A Seriyasının 26-cı turu həm də “Napoli” - “Yuventus” matçı ilə əlamətdar olacaq. Neapol təmsilçisi bazar günü keçiriləcək və Bakı vaxtı ilə 23:30-da başlayacaq bu görüşdə liderlə xal fərqini azaltmağa çalışacaq. Əks halda Turin təmsilçisi digər rəqiblər kimi, “Napoli” üçün də əlçatmaza çevriləcək.

İngiltərə Premyer Liqasının 29-cu turunda da 2 maraqlı oyun baş tutacaq. “Tottenhem” paytaxt derbisində “Arsenal”la, “Everton” isə “Liverpul”la qarşılaşacaq. London derbisi sabah (16:30), Mersisayd derbisi bazar günü (20:15) keçiriləcək.

Portuqaliya Premyer Liqasında isə 24-cü tur “Portu” - “Benfika” derbisi ilə əlamətdar olacaq. Sabah “Draqau” stadionunda keçiriləcək bu oyun Bakı vaxtı ilə 00:30-da start götürəcək. “Portu” 57 xalla zirvədə, “Benfika” isə 56 xalla ikinci pillədə qərarlaşdığından, bu oyuna böyük maraq var.

Xəbər 808 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +