İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.04.2017  17:39 

Goldenbyte Beynəlxalq İT Çempionatının qalibləri məlum oldu





A+  A-

7 aprel 2017-ci il tarixində Goldenbyte Beynəlxalq İT Çempionatının Azərbaycan üzrə regional finalının qalibləri məlum oldu.
Xatırladaq ki, sayca 9-cu dəfə keçirilən və hər il baş tutan çempionatda Ukrayna, Belorusiya, Qazaxıstan, Rumıniya, Slovakia, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc müxtəlif layihələrlə fərqli nominasiyalar üzrə iştirak edirlər. Məlumata görə, “İcad et. Yarat. Dəyiş” ( “Invent. Create. Change”) devizini rəhbər tutan yarışmanın məqsədi, müxtəlif ölkələrdən olan innovativ layihələrin dünyanın nəhəng İT şirkətlərinin qarşısında təqdimatlarını təmin etməkdir ki, bununla da iştirakçı layihələr özlərini tanıda, müxtəlif fondlardan və mələk investorlardan yatırımlar cəlb edə bilərlər.
XəzərNews.az xəbər verir ki, Web Design, Mobile App, Start-up və s. nominasiyalarda ən güclülər bəlli oldular və Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutacaq finala vəsiqə qazandılar. Web Project nominasiyasında “Caspinet MMC” tərəfindən yaradılmış “e-TAP” layihəsi qalib seçildi.
e-TAP Layihəsinin əsas məqsədi internet imkanlarından istifadə edərək itirilmiş əşya haqqında asanlıqla və pulsuz elan yayımlanmağını təmin etmək, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. “e-TAP” 2015-ci ildən etibarən “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”ndə fəaliyyət göstərir.
Layihə sayəsində artıq onlarla insan http://e-tap.az saytının imkanlarından faydalanaraq öz əşyalarına qovuşub. Layihənin uğurları bunlarla məhdudlaşmır, Belə ki, e-TAP artıq “Bakı Metropoliteni” QSC ilə rəsmi əməkdaşlıq edir və bu o deməkdir ki, metropoliten ərazisində tapılan bütün sahibsiz əşyaların saytda yayımlanması təmin olunur və beləliklə əşya sahibi öz itkisi barədə daha tez məlumatlandırılır. Bundan əlavə, e-TAP 2016-cı ildə Bakıda baş tutan Formula-1 Grand Prix yarışında tapıntı bürosu kimi servis göstərib və bu vəzifənin öhdəsindən uğurla gəlib.
Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla əməkdaşlıq qurmaq planlaşdırılır ki, bu da layihənin əhatə dairəsini və istifadəçi sayını dəfələrlə artıracaq.

Xatirə
XəzərNews.az


Xəbər 1525 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +