Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


13.01.2022  16:48 

Çovğun olacağı proqnozlaşdırılır - DİQQƏT





A+  A-

Yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi, güclü cənub-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23, arabir 25 metr olacağı, yanvarın 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.

Yanvarın 13-ü axşamdan başlayaraq havanın arabir yağıntılı olacağı, yanvarın 14-ü gün ərzində bəzi yerlərdə sulu qara keçəcəyi, şəhərin nisbətən yüksək ərazilərində qar yağacağı ehtimalı var.

Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimal edilir. Yanvarın 14-ü günün ikinci yarısında küləyin sürətinin saniyədə 15-18 metr olacağı, yanvarın 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 27-32 metrədək güclənəcəyi bildirilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 14-ü axşamadək havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv və güclü olacağı bildirilir. Yanvarın 13-ü axşamdan yanvarın 16-dək şimal-qərb, qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 28-32 metrədək güclənəcək. Yağıntı yanvarın 14-ü axşamadək davam edəcək. Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə Mərkəzi Aran rayonlarında 0-5°, dağlarda 8-13°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacağı gözlənilir. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

Xəbər 1330 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +