Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei


17.04.2018  11:07 

“MediStyle“ klinikasında əməliyyat olunan xəstə öldü





A+  A-

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.
XəzərNews.az-ın "Report"a istinadən xəbərinə görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib.

Xəbər 2653 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2024  12:58 

Sabah hava necə olacaq ?


BÜTÜN XƏBƏRLƏR +