Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar


29.03.2017  10:26 

General Orucovun istefaya göndərilməsinin şok səbəbi





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
İstefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın “AzeriDefence” portalı bildirir.

İstefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olmuşdu. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu. Elbrus Orucovun ölkənin baş qərargah rəisi olacağı ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı.

Belə bir kadrın birdən-birə istefaya göndərilməsinin səbəbi indi çoxlarını düşündürür. Bəs Elbrus Orucov niyə istefaya göndəilib.
XəzərNews.az bildirir ki, "Qaynar"a daxil olan məlumata görə, general-mayor bu ilin 21-24 mart tarixlərində Gürcüstanda səfərdə olub və "Tiflis Palace" otelində qalıb. Lakin o, otelə ödəməli olduğu 783.73 larini (318.60 dollar) ödəməkdən imtina edib. Bu barədə otel nəzarətçisi Nino Çavçavadzenin adından Azərbaycanın Gürcüstandakı səfirliyinə göndərilmiş məktubda bildirilir.

Nino Çavçavadze məktubunda yazır ki, Elbrus Orucov Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi tərəfindən pulun ödəniləcəyini bildirib.

Xəbər 1680 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +