Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL


18.12.2023  14:09 

Bakı Modern Təhsil Kompleksində müəllim döyüldü





A+  A-

Nərimanov rayonu, Ə.Əliyev küçəsi 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksində müəllimi döyən şəxsə hökm oxunub.

Hadisə həmin məktəbin 7-ci sinif şagirdi Elməddinin müəllim tərəfindən təhqir edilməsinə görə baş verib.

Təqsirləndirilən şəxs, 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ələsgər Cavadov (şərti soyad) iddia edib ki, mübahisəyə səbəb məktəbin fiziki tərbiyyə müəllimi Fikrətin onun əmisi nəvəsi Elməddini məktəbin sanitar qovşağında təhqir etməsi olub: "Elməddin mənə ağlaya-ağlaya zəng edərək bildirdi ki, fasilə zamanı sinif yoldaşları ilə birlikdə təhsil kompleksinin liftindən istifadə edərək 5-ci mərtəbəyə qalxıb. Həmin vaxt Fikrət müəllim onların liftdən istifadə etdiyini görüb, arxalarınca gəlib. Elməddin və sinif yoldaşları Fikrət müəllimdən yayınmaq üçün sanitar qovşağa daxil olublar. Fikrət müəllim də onların arxasınca sanitar qovşağa daxil olub. Uşaqlar onu görüb sanitar qovşaqdan çıxmaq istədikdə müəllim onlara mane olaraq, qarşılarını kəsib və sanitar qovşaqdan çıxmalarına icazə verməyib. Uşaqlar sanitar qovşaqdan çıxmağa cəhd etdikdə Fikrət müəllim onlara "kişisinizsə qaçmayın", "kişiliyiniz olsun" və s. bu kimi sözlər deyib, sanitar qovşaqdan çıxmalarına mane olub. Həmin vaxt Fikrət müəllim Elməddini zərbə ilə sanitar qovşağının divarına çırpıb. Elməddin özünü təhqir olunmuş hesab edərək ağlamağa başlayıb, Fikrət müəllim isə onun əynindəki jaketi dartışdıraraq, "kişi ol, ağlama!" deyib”.

Hadisədən sonra Əlsəgər Cavadov məktəbə gəldiyini, təhsil mərkəzinin icraçı direktoru Aysel Həsənlinin otağında Fikrətlə təkbətək görüşdüyünü, ondan üzürxahlıq tələb etdiyini bildirib. Lakin müəllim etdiyi kobudluqları inkar etməyə davam edib: "Buna görə də əsəbiləşərək, müəllimin sifət niahyyəsindən bir neçə dəfə şillə ilə vurdum".

Zərərçəkmiş şəxs isə şagirdiyi döymədiyini və təhqir etmədiyini deyib: "Digər uşaqlar kimi Elməddinə də "yekə uşaqlarsız, bu nə səs-küydür salırsız" dedim. Məktəbin şagirdi Elməddin isə mənə qeyri-etik hərəkət edərək, "nahardır, tənəffüs vaxtıdır, yaxşı edirəm" dedi. Onları sanitar qovşaqda saxlayıb, sinif rəhbərinin gəlməsini gözlədim. Sinif rəhbərinə təhvil verəndən sonra şagirdin qohumu Əlsəgər direktorun otağında hərkəsi arxayın edib çölə çıxardı. Məni isə yumruqlayaraq döyməyə başladı. Məktəbin mühafizə xidməti onu məktəbdən çıxardıqdan sonra polisə müraciət etdik".

Məhkəmənin qərarı ilə Əlsəgər Cavadov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xəbər 3841 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +