İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


16.09.2021  15:32 

Direktorun əmlakına həbs qoyuldu





A+  A-

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən İntiqam Abuşovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, istintaq zamanı İntiqam Abuşovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib.

Bundan başqa, İntiqam Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilmiş əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən olunub.

İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma- külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs, polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Həmçinin, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul ilə alınıb, qəsdən ailə üzvünün adına sənədləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 1988 dəfə oxunub.



24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +