Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


24.05.2018  11:21 

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub“





A+  A-

Hazırda həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov ailə üzvlərinin ölkəni tərk etməsi barədə yayılan məlumatları təkzib edib.
XəzərNews.az xəbər verir ki, bu haqda sabiq Səhiyyə nazirinin vəkili Toğrul Babayev "Amerikanın Səsi”nə açıqlamasında deyib.

Toğrul Babyev bildirib: "Son zamanlar bəzi mətbuat orqanlarında bir neçə dəfə Əli İnsanovun ailə üzvlərinin xaricə getməsi və Almaniyada yaşaması barədə yanlış fikirlər səsləndirilir. Əslində isə Əli İnsanovun həbsindən dərhal sonra onun ailə üzvlərinin ölkədən xaricə çıxışına rəsmi orqanlar tərəfindən qadağa qoyulub. Əli İnsanovun bütün ailə üzvləri Bakı şəhərində yaşayır və ölkəni tərk etmək fikirləri yoxdur”.

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus” kimi tanıyıb.

Keçmiş nazir bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib və özünə qarşı olan ittihamları qəbul etmir.

Xəbər 1626 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +