“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


13.12.2023  10:42 

Deputat olmaq istəyərəm - Ağadadaş Ağayev





A+  A-

Xalq artisti Ağadadaş Ağayev APA TV-yə müsahibə verib.

Xəzərnews.az xəbər verir ki, indi təqdim olunan mahnıları ötən illərin mahnıları ilə müqayisə edən sənətkar bildirib ki, müğənni səhnəyə çıxanda tamaşaçıya “şapalaq vurmağı bacarmalıdır. “Əgər şapalağı vura bilmədinsə, tamaşaçı səni vuracaq”, - o bildirib.

“Mən hələ 80-ci illərdə toylara efir səviyyəsini gətirmişəm. Ansamblımda bütün alətlərin səsi sinxron eşidilirdi. Niyamməddin Musayev, bir də mən orkestrlə oxumuşuq. Toylarda çox zaman canlı oxumağımıza inanmırdılar. Efirdə necə oxuyurdumsa, toyda da elə oxuyurdum. Deyirdilər, niyə özünü yorursan? Müğənnilərin çoxu toydan qazansa da, toyu yola verir”, - qeyd edib.

O, bir zamanlar Azərbaycan televiziyasında müəllif proqramının olmasından, sonralar keçmiş sədr Arif Alışanovun vaxtında xarakterləri uymadığına görə həmin verilişdən imtina etməsindən də danışıb.

“Mənimki odur, sözüm olanda kişi kimi üzə deyim. Nəyisə qəbul eləmirəmsə, orda işləyə bilmərəm. Az.TV-dən getdim. 1999-cu ildə Türkiyədən təklif alıb orada da veriliş hazırlamışam”, - o vurğulayıb.

Xalq artisti əgər xalq layiq bilərsə, deputat kimi fəaliyyət göstərməkdən məmnun olacağını bildirib.

“Bir dəfə belə söhbət yayılmışdı ki, deputat seçilmək istəyirəm. Onda xəbərim olmamışdı. Amma indi deputat olmaq istəyərəm. Yaşıma və imkanlarıma görə paralel xidmətim olsa, bunun öhdəsindən gələrəm. Xalqıma sevə-sevə xidmət edərəm. Düşünürəm ki, hələ yetərli qədər xidmət edə bilməmişəm” - Ağayev qeyd edib.

Müğənni sənətinə görə illərlə pəhrizdə yaşadığını da söyləyib:

“25 il gözümün qabağında hamı hər şeyi yeyib, mən baxmışam. Qorxurdum ki, yeyəndən sonra səsim yaxşı çıxmaz. Ayın 30 günü toyda olurdum. Ölməmək üçün yeyirdim. 30 il pəhriz ilə yaşamışam. İndi bunu yenidən edə bilərəmmi? Bilmirəm. 64 kiloqram çəkim vardı. İndi 100 kilodan çoxdur”.

Xəbər 1725 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +