“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


12.03.2024  13:49 

Azərbaycana qarşı qarayaxma kampaniyası: Avroparlamentin qərəzi hardan qaynaqlanır?





A+  A-

Martın 19-da Avropa Parlamentində “Azərbaycanda erməni hərbi əsirləri. Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il sonra yaranmış vəziyyət” adlı konfrans keçiriləcək.

Konfransı Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən təşkil edildiyi bildirilib. Konfrans qurumun ölkəmiz əleyhinə 20 may 2021-ci il tarixli erməni “hərbi əsirləri” və “mülki məhbusları” heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qərarından sonra mövcud vəziyyətin təhlilinə həsr olunacaq.

Qeyd edək ki, bu, Avroparlamentin ölkəmizə qarşı ilk qərəzi deyil. Regiona hərbi və siyasi baxımdan nüfuz etməyə çalışan, Cənubi Qafqazı da Rusiya ilə münaqişə meydanına çevirmək istəyən Fransa bu təşəbbüslərinə imkan verməyən Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparır.

Avropa qurumlarını özünün şəxsi maraqlarının icrası alətinə çevirən Paris artıq bir neçə aydır ki, rəsmi Bakıya qarşı qərəz və böhtan dolu “qətnamələr” qəbul etdirir, Ermənistanı sürətlə silahlandırır, bu prosesə isə təsir dairəsində olan dövlətləri də cəlb edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Bakıvaxtı.az-a deyib ki, martın 19-da Avropa Parlamentində “Azərbaycanda erməni hərbi əsirləri. Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il sonra yaranmış vəziyyət” adlı konfrans birbaşa erməni lobbisinin planlaşdırdığı məsələdir.

Hüquq müdafiəçisi təəssüflə bildirib ki, Azərbaycanla xoş münasibətdə olan Bolqarıstan təmsilçisinin, Avropa Xalq Partiyasının fraksiyasından olan deputat Andrey Kovaçovun təşkil etdiyi konfrans əslində Avropa parlamentarilərinin qarşıdan gələn seçkilərdə erməni lobbisindən dəstək almaqla yenidən parlament üzvü olmaq niyyətlərindəndən irəli gəlir:

"Onlar Azərbaycanda "mülki və hərbi əsirlərin" olduğunu qeyd edirlər. Bilməlidirlər ki, Azərbaycanda heç bir əsirdən söhbət gedə bilməz. Bizim ölkəmizdə həbsxanada cəzasını çəkən hərbi və mülki cinayətkarlar var. Müharibə cinayətləri törətmiş separatçılar var. Uzun illər ərzində torpaqlarımızın işğal altında qalmasında və separatizmin saxlanmasında rol oynayıblar. Bolqarıstan da daxil olmaqla dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, separatçılığı qəbul etmirsə, o zaman hansı əsirlərdən söhbət gedə bilər?!

Bir daha deyirəm ki, onların nəzərdə tutduğu şəxslər konkret cinayətlər törətmiş şəxslərdir. Avropanın istənilən ölkəsində bu kimi hallar olsa, dərhal həbs edilərək məsuliyyətə cəlb edilirlər".



Çingiz Qənizadə: Bu qərəzin arxasında Avropada məskunlamış erməni lobbisi durur


Ç.Qənizadə vurğulayıb ki, bu qərəzin arxasında Avropada məskunlamış erməni lobbisi və eyni zamanda bu lobbinin vəsaitləri ilə fəaliyyət göstərən müəyyən qrup parlamentarilər durur:

"Bütövlükdə isə bu, Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Hesab edirəm ki, bu cür addımlarla heç kim Azərbaycanı haqq yolundan döndərə bilməz. Belə kampaniyalarla Azərbaycandan hansısa cinayətkarların alınıb Ermənistana verilməsi qeyri-mümkündür".

Xəbər 752 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +