Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


15.10.2023  08:42 

Haqqın var yaşamağa, Məmməd Araz! - Sona Vəliyeva yazır





A+  A-

Əbə­di­ya­şar­lıq hər kə­sə qis­mət ol­mur. Çox qə­ri­bə­dir, o zir­və­yə yük­sə­lən­lə­rin ək­sə­riy­yə­ti sağ­lı­ğın­da mə­nə­vi və mad­di sı­xın­tı­la­rın im­ta­ha­nın­dan ke­çə­rək bu mər­tə­bə­yə la­yiq ol­duq­la­rı­nı sü­but edib­lər. Mil­li məf­ku­rə ya­ra­dan­lar, onun qo­run­ma­sı­nı hə­ya­tı­nın mə­na­sı­na çe­vi­rən da­hi­lər ORA­DAN, İla­hi­dən al­dıq­la­rı­nı ifa­də edir­lər. Zəh­mə­tə qat­laş­maq, is­te­da­dın se­vin­ci­ni və şöh­rə­ti­ni dad­maq, bə­zən də ona ve­ri­lən bu də­yər­lər­lə ya­na­şı, ca­nağ­rı­sı “da­dı­nı” gör­mək, ve­ri­lən­lə alı­nan­la­rın ara­sın­da­kı şü­kür­lü ol­ma­ğın ir­fa­ni ha­lı­nı ya­şa­maq da­hi­lə­rin ta­le ya­zı­sı­dır.

İl­lər ön­cə re­al­laş­dır­maq is­tə­di­yi­miz bir la­yi­hə­də Azər­bay­ca­nın Xalq şai­ri Məm­məd Araz ya­ra­dı­cı­lı­ğı­nın təd­qi­qin­də ən ye­ni ba­xış­la­rın mey­da­na çı­xa­rıl­ma­sı­nı is­tə­miş­dik, qis­mət bu gü­nə imiş. Mən­cə, la­yi­hə­nin bu gün re­al­laş­ma­sı­nın özü də tə­sa­düfi de­yil. Ən bö­yük şa­ir­lə­rin ya­ra­dı­cı­lı­ğı­nın təh­li­li və təd­qi­qi il­lər keç­dik­cə “da­ğa uzaq­dan ba­xıb bö­yük­lü­yü­nü dərk et­mək” fik­ri ilə qo­şa­la­şır. Gün­lər ay­la­rı, ay­lar il­lə­ri biz­dən uzaq­laş­dır­dıq­ca M.Araz poe­zi­ya­sı­nın mə­na yü­kü, məf­ku­rə də­rin­li­yi da­ha da ay­dın gö­rü­nür. Sağ­lı­ğın­da da, dün­ya­sı­nı də­yiş­dik­dən son­ra da hər sö­zün­də, hər kəl­mə­sin­də Azər­bay­can əzə­mə­ti gö­rü­nən ne­çə şai­ri­mi­zi sa­ya bi­lə­ri­k? Elə on­lar­dan bi­ri və bi­rin­ci­si ki­mi göz önün­də ye­nə də mis­ra­la­rı sər­həd ki­mi sı­ra­la­nan M.Araz da­ya­nır:

Azər­bay­can – qa­ya­lar­da

bi­tən bir çi­çək.

Azər­bay­can – çi­çək­lə­rin için­də

qa­ya.

Mə­nim kön­lüm bu tor­pa­ğı

vəsf elə­yə­rək

Azər­bay­can dün­ya­sın­dan

ba­xar dün­ya­ya.

“Kas­pi” qə­ze­ti ilə “Kas­pi” Təh­sil Şir­kə­ti­nin elan et­di­yi 6 ay da­vam edən “Məm­məd Araz mü­sa­bi­qə­si”nə təq­dim olu­nan ya­zı­la­rın bir-bi­rin­dən tə­sir­li ifa­də­lə­rin­dən hə­yə­can­lan­ma­maq müm­kün­süz­dür. Ta­nın­mış və ya ilk də­fə im­za­sı­nı ta­nı­dı­ğım şəxs­lə­rin ya­zı­la­rı­nı diq­qət­lə və hey­ran­lıq­la oxu­yu­ram. İn­sa­fən de­sək, heç vaxt təd­qi­qat­la­rı­na rast gəl­mə­di­yim im­za­la­rın ori­ji­nal­lı­ğı, mə­na də­rin­li­yi­nə gö­rə se­çi­lən ya­zı­lar mə­ni da­ha çox köv­rəl­dir. As­ta­ra ra­yon Şi­yə­kə­ran kənd or­ta mək­tə­bi­nin dil-ədə­biy­yat mü­əl­li­mi Meh­man Qa­ra­xa­noğ­lu­ “Ev tap­şı­rı­ğı­nı baş­qa xət­lə ya­zan­lar” es­se­sin­də vur­ğu­la­yır:

“Us­tad şa­gird dəf­tə­ri və­rə­qi­nə ya­zıl­mış şei­ri alıb:

– Bu ki sə­nin xət­tin de­yil! – de­di.

– “Ev tap­şı­rıq­la­rı”nı baş­qa xət­lə ya­zı­ram, Us­tad, – de­di.

– Ni­yə məhz “ev tap­şı­rıq­la­rı”nı?

– “Tap­şı­rıq” ol­duq­la­rı­na gö­rə!”

Mən­cə, bir ir­fan şa­ir haq­qın­da de­yil­miş gö­zəl ifa­də­dir.

İs­te­da­dı­nı məs­lək bi­lən M.Araz və­zi­fə­si­ni, Və­tən dərd və zülm­lə­ri­ni kö­nül də­yir­ma­nın­da əri­də-əri­də bu dər­di ürə­yi­nə əbə­di sa­kin et­di, gü­nün bi­rin­də bu sar­sın­tı­lar­dan xəs­tə­li­yə ür­cah olan ürə­yi­nə sö­zü keç­mə­di. Dağ­lar ki­mi əzə­mət­li və vü­qar­lı gö­rü­nən şa­ir sağ­lam­lı­ğı­nı itir­di. Bu ta­le­yi Tan­rı­dan gə­lən töh­fə ki­mi qə­bul et­di:

Ağır bir sə­nə­tə kö­nül bağ­la­dım,

Bəx­ti­mə dər­din də ağı­rı düş­dü.

Bi­tib-tü­kən­mə­yən möv­zu­la­rın təh­li­li­nin ün­va­nı çox ge­niş – Azər­bay­can bö­yük­lük­də, dün­ya ge­niş­li­yi qə­dər gö­rü­nür. Azər­bay­ca­nın gü­ne­yin­dən, qu­ze­yin­dən, do­ğu və ba­tı böl­gə­lə­rin­dən ar­dı-ara­sı kə­sil­mə­yən ya­zı­lar bö­yük şai­rə mə­həb­bət və eh­ti­ra­mın tə­za­hü­rü ki­mi “Kas­pi” re­dak­si­ya­sı­na ax­dı. İn­di­yə­cən şai­rin ya­ra­dı­cı­lı­ğı­na müx­tə­lif as­pekt­lər­dən ya­na­şa­raq de­yil­mə­miş ori­ji­nal fi­kir­lər top­lu­su Məm­məd Araz poe­zi­ya­sı­nın dər­ya ki­mi də­rin­li­yi­ni və tü­kən­məz­li­yi­ni sü­but et­di. Hər ye­ni fi­kir­də­ki təh­lil və təd­qi­qat ob­yek­tə fərq­li ra­kurs­dan ba­xış­lar de­mək idi. “Məm­məd Ara­zın söz pa­lit­ra­sı” – sə­nət­şü­nas Zi­yad­xan Əli­ye­vin çox ori­ji­nal mü­na­si­bə­ti mü­sa­bi­qə­yə təq­dim olu­nan möv­zu­la­rın için­dən diq­qə­ti­mi çək­di: “...şa­ir mil­lə­tin acı­lı-şi­rin­li ta­le­yi­nə rən­ga­rəng söz pa­lit­ra­sı ilə bən­zər­siz gör­kəm ver­mə­si­nin qar­şı­lı­ğın­da heç də Ələd­di­nin sehr­li çı­ra­ğı­nın id­dia­sın­da de­yil. Kim­lə­rə­sə adı bə­zən ar­xa­ik gö­rü­nən söz­lər­dən poe­zi­ya mö­cü­zə­si ya­ra­dan M.Araz Və­tə­nin ona “oğul” de­mə­si­nə ümid edə­rək onun qa­ya­sın­da yam­ya­şıl ma­mır ol­ma­ğa ha­zır­dır.

Heç şüb­hə­siz, tə­bi­ət­də in­sa­nı hey­rət­lən­di­rən, gör­kə­min­dən və ra­yi­hə­sin­dən bi­huş ola bi­lə­cə­yi­miz say­sız-he­sab­sız gö­zəl­lik qay­na­ğı­nın ol­ma­sı qar­şı­lı­ğın­da şai­rin özü­nü çox­la­rı­na gə­rək­siz gö­rü­nə bi­lə­cək bu bit­ki­yə bən­zət­mə­si qə­ri­bə gö­rü­nə bi­lər. Bu sö­zün poe­zi­ya­ya gə­ti­ril­mə­si, bəl­kə də, qə­ri­bə gö­rü­nən­dir, am­ma çox ye­ni və tə­ra­vət­li­dir. Özü­nü bu qə­dər “də­yər­siz­ləş­di­rən” şai­rin sa­də­li­yin­də­ki bu sə­mi­mi­lik də, əs­lin­də, da­hi­ya­nə və M.Araz sa­ya­ğı­dır”.

Hər ye­ni təd­qi­qat möv­zu­su mü­sa­bi­qə­nin əhə­miy­yə­ti­ni ar­tı­ra­raq M.Araz ya­ra­dı­cı­lı­ğı­nın Azər­bay­ca­nın özü qə­dər də­rin, zən­gin qat­la­rı ol­du­ğu­nu or­ta­ya qoy­du. İl­lər ön­cə “Dün­ya sə­nin, dün­ya mə­nim, dün­ya heç ki­min” şei­ri­nin təh­li­li­nə hə­rə öz dün­ya­gö­rü­şü, şəx­si xa­rak­ter və hə­ya­ta mü­na­si­bə­tin­dən ya­naş­dı­ğı hal­da, bu gün bu şei­rə elə mə­nim də qəl­bim­də za­ma­nın ya­şan­tı­la­rı ba­xı­mın­dan fərq­li mü­na­si­bət ya­rat­dı:

Bu get-gəl­lər ba­za­rı­na də­və­di dün­ya,

Bu ömür-gün na­xı­şı­na hə­və­di dün­ya.

Əbə­diyə qəh-qəh çək­ər, əbə­di dün­ya,

Dün­ya sə­nin,

Dün­ya mə­nim,

Dün­ya heç ki­min...

İn­san gə­lim­li-ge­dim­li dün­ya­nın qo­na­ğı­dır. Bir in­san do­ğu­lur, bi­ri ölür. Tan­rı­nın hə­ya­tın da­va­mı­na əda­lət­li mü­na­si­bə­ti bu­dur. Apa­ran, gə­ti­rən, ötü­rən, yo­la sa­lan, qar­şı­la­yan, iti­rən, əbə­di­ya­şar edən za­man­dır. Za­ma­nı ta­ri­xə çe­vi­rən isə İN­SAN­DIR, İN­SAN.

İn­san ya­ra­dan, qu­ran, hə­ya­tı gö­zəl­ləş­di­rən zə­ka­lı var­lıq­dır.

Ömür-gün na­xı­şı­na “hə­və” olan dün­ya­nın sa­ki­ni də in­san oğ­lu­nun özü­dür. Hə­və xa­lı-xal­ça to­xu­nan za­man iş­lə­di­lən alət­dir, diş-diş uc­la­rı ilə xal­ça­da “əriş” de­yi­lən ar­xa fon pam­bıq sa­pın üs­tü­nə otuz­du­ru­lur, na­xış bər­ki­yə­rək for­ma alır. Zə­if vu­rul­sa, il­mə boş olar, bərk zər­bəy­lə vu­rul­sa, “ar­ğac” doğ­ra­nar. Hə­ya­tın har­mo­ni­ya­sı­nı poz­ma­dan, aşı­rı­lı­ğa yol ver­mə­dən ya­şa­maq öl­çü­sü – “hə­və­dən” düz­gün is­ti­fa­də edə­rək ömür-gü­nü vaxt­sız doğ­ra­mamaq töv­si­yə­si­ni M.Araz­dan baş­qa heç kim bu sa­yaq töv­si­yə edə bil­məz­di. Bir də ki evin­də ha­na, xal­ça və hə­və­ni uşaq­lı­ğın­dan gö­rən, onu hə­ya­ti­ləş­di­rən, dün­ya­nın hə­rə­kət sü­rə­ti­ni hə­və alə­tiy­lə us­ta­lıq­la uz­laş­dı­ran şai­rin fəl­sə­fə­si in­di­yə­dək poe­tik fi­kir­də rast gə­lin­mə­yən mə­qam­lar­dır. Xalq di­li­nin, hə­ya­tı­nın tə­ra­və­ti M.Araz poe­zi­ya­sın­da dün­ya­nın Şərq və Qərb poe­zi­ya­sı­na ta­nış­lı­ğın­dan son­ra be­lə bü­tün mü­na­si­bət­lə­rin föv­qün­də xalq poe­zi­ya­sı­na qa­yı­dı­şın üzə­rin­də da­ya­nır. Ana­sın­dan eşit­di­yi ba­ya­tı­la­rın axı­cı­lı­ğı, rit­mi onun poe­zi­ya­sı­na tə­sir elə­di. Özü də bil­mə­dən Azər­bay­ca­nı evin­dən, kənd-kə­sə­yin­dən baş­la­ya­raq qa­rış-qa­rış kəşf et­di. Azər­bay­can kə­də­ri, dər­di-sə­ri, eh­ti­yac və gö­zəl­li­yi onun ya­ra­dı­cı­lı­ğın­da möv­zu ol­du.

Ke­çir­di­yi­miz mü­sa­bi­qə­yə Gür­cüs­tan­da ya­şa­yan Mir­zə Məm­mə­doğ­lu Azər­bay­can və Gür­cüs­tan Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü Zez­va ilə mü­sa­hi­bə­sin­də şai­rin M.Araz­la dost­luq mü­na­si­bət­lə­ri­ni, onun ya­ra­dı­cı­lı­ğı­na də­rin­dən bə­ləd ol­du­ğu­nu oxu­cu­la­ra çat­dı­rıb: “...Onun əl­də et­di­yim, dö­nə-dö­nə oxu­ya­raq içim­də kök­lə­nən, qəl­bi­mə ya­tan şe­ir­lə­ri­ni Azər­bay­can mu­si­qi­si al­tın­da çe­vir­mə­yə baş­la­dım, ne­cə de­yər­lər, bir­nə­fə­sə tər­cü­mə et­dim. 1984-cü il­də İsa İs­ma­yıl­za­də­nin ça­lış­dı­ğı “So­vet Gür­cüs­ta­nı” qə­ze­tin­də çap olun­du, dost­lu­ğu­muz elə bu vaxt­lar­dan baş­la­dı”, – de­yə sə­mi­mi fi­kir­lər­lə M.Arazla eh­ti­ram­lı dost mü­na­si­bə­ti­ni di­lə gə­ti­rir.

Mü­sa­bi­qə­nin şərt­lə­ri­nə gö­rə, təq­dim edi­lən ya­zı­lar ye­ni ol­maq­la bə­ra­bər, heç yer­də dərc olun­ma­ma­lı, məx­su­si ola­raq “Kas­pi” qə­ze­ti­nin ke­çir­di­yi mü­sa­bi­qə­yə gön­də­ril­mə­li idi.

Məq­səd M.Araz haq­qın­da dərc olun­ma­mış ye­ni araş­dır­ma­la­rı, xa­ti­rə­lə­ri, ori­ji­nal mə­lu­mat­la­rı top­la­maq və on­la­rı Azər­bay­can oxu­cu­la­rı­na bü­töv bir ki­tab ha­lın­da çat­dır­maq idi. “Araz” nəş­riy­ya­tı­nın di­rek­to­ru Əlir­za Sa­yı­lo­vun “Şa­ir Mu­ro­va ge­dir” sər­löv­hə­li ya­zı­sın­da M.Ara­zın 1993-cü ilin so­yuq, qar­lı-çov­ğun­lu no­yabr gün­lə­rin­də Mu­rov­da­ğa dö­yüş­çü­lər­lə gö­rü­şə get­mə­si­nin şa­hi­di olu­ruq. Səh­hə­ti yol ver­mə­sə də, yo­l­üs­tü Gən­cə­də Ni­za­mi­nin məq­bə­rə­si­ni zi­ya­rət et­mə­si, Gən­cə hos­pi­ta­lın­da ya­ra­lı əs­gər­lə­rə baş çək­mə­si M.Araz­la bağ­lı də­yər­li mə­qam­lar­dır.

Mü­sa­bi­qə ye­ni fi­kir, mə­lu­mat və fərq­li dü­şün­cə­lə­rin sər­gi­si­nə çev­ril­di.

El­çin Məm­məd­li “Ni­şan­çı özü­müz, hə­dəf özü­müz” ya­zı­sın­da şai­rin ya­ra­dı­cı­lı­ğı­nın fəl­sə­fi qa­tı­nı aç­ma­ğa ça­lı­şır: “Fü­zu­li biz­dən nə qə­dər uzaq­la­şır­sa, onu bir o qə­dər dam­la-dam­la da ol­sa, öy­rə­ni­rik. Məm­məd Araz da be­lə­dir. Bu bö­yük is­te­dad sa­hi­bi olan şai­ri za­man biz­dən nə qə­dər çox ayı­rır­sa, o qə­dər də onun bö­yük­lü­yü­nü, da­hi­li­yi­ni du­yu­ruq”.

Dün­ya, onun ya­ra­nı­şı, in­san, Və­tən, za­man, ta­rix, mil­lət və ye­nə in­sa­na qa­yı­dış, bu möv­zu­la­rın də­rin­li­yi M.Ara­zın ya­ra­dı­cı­lı­ğın­da poe­tik­lə­şir:

... Ol­sa da haq­qı­nın kö­lə­si be­lə,

Əri öz için­də, ölə­zi be­lə,

On­dan in­ci­yə­nin be­lə­si be­lə,

Mən be­lə dün­ya­nın nə­yin­dən kü­sü­m?

Həm də haqq-əda­lət tə­rə­zi­si­nin düz­gün iş­lə­mə­di­yi an­lar­da “Na­haq haq­qı ərit­sə, mə­nəm əri­yən” de­yə­rək min­lər, mil­yon­lar üçün öm­rü­nü şam edib əri­dir, na­ra­hat­lı­ğı­nı bil­di­rir.

Pub­li­sist Akif Əli­nin “Ağır daş­lar al­tın­da” (pa­te­tik fan­ta­zi­ya) M.Araz­la ru­hi söh­bət də sırf mü­sa­bi­qə üçün ya­zıl­mış möv­zu­dur: “...Müd­rik pey­ğəm­bər­tək ca­hil­lə­rə doğ­ru yo­lu ta­nıt­maq üçün tən­ha hüc­rə­lər­də qa­ya­lar­dan Söz ça­pan bu göy­lər ada­mı­nın hər­dən mə­nə qar­şı da xə­fif lüt­fü­nü gö­rün­cə çox duy­ğu­la­nar, qü­rur­la­nar, ona da­ha da isi­ni­şər­dim. Be­lə­də ən doğ­ma adam­lar ki­mi biz də hər­dən an­caq bir-bi­ri­mi­zə bax­maq­la da­nı­şar­dıq...” – fik­ri mə­ni çox tə­sir­lən­di­rir.

Əmin ola bi­lər­si­niz, Akif mü­əl­lim, M.Araz so­nun­cu ir­fan ada­m­dı ki, ba­xış­la­rıy­la adam­la dərd­lə­şir­di. Elə siz də o bəx­tə­vər­lik­dən da­dan so­nun­cu həm­söh­bət sa­yı­lır­sı­nız...

Akif Əli­nin “Ağır daş­lar al­tın­da” söh­bə­tin­də Və­tən­dən, Və­tən da­şın­dan, Tan­rı­dan, dün­ya­dan açı­lan söh­bət­lə­rin şəx­si müs­tə­vi­də həl­lin­də ye­nə bir və­tən­daş-şai­rin mil­lət və tor­pa­ğın­dan ni­ga­ran­lıq­la­rı boy ve­rir. Ey­ni za­man­da “Ağır daş­lar al­tın­da” şai­rin ya­ra­dı­cı­lı­ğı­nın təh­li­li­nə ədə­bi tən­qi­din stan­dart ter­min­lə­rin­dən uzaq, ta­ma­mi­lə ye­ni bir üs­lu­bun nü­mu­nə­si­dir.

As­lan Qu­li­ye­vin “Və­siy­yət” pub­li­sis­tik ya­zı­sı da sə­mi­mi və ori­ji­nal təh­lil ba­xı­mın­dan çox ma­raq­lı­dır. İs­te­da­dın ən yük­sək zir­və­si­ni gənc­li­yin­də fəth edən şai­rin ya­ra­dı­cı­lı­ğı­nın ona gə­ti­rə­cə­yi şöh­rət­dən qor­xan­lar ço­xal­dı. Sa­də­cə, on­dan Bö­yük Şa­ir ol­du­ğu üçün qorx­du­lar.

Əvə­zin­də “Sa­də in­san­lar, oxu­cu­la­rı onu se­vir­di­lər, min­lər, mil­yon­lar se­vir­di. Azər­bay­ca­nı­mız­da şe­ir­lə­ri­nin döy­mə­di­yi qa­pı yox idi. Bun­ca sev­gi­nin mü­qa­bi­lin­də elə o qə­dər də eti­na­sız­lıq­la üz-üzəy­di:

Öm­rün öz tu­fa­nı öm­rü­mü di­dir,

Yox ay­rı dər­ma­nım dö­züm­dən öz­gə.

49 ya­şı­ma əl­vi­da de­dim,

Bir kim­sə bil­mə­di özüm­dən öz­gə.

Am­ma eti­na­sız­lı­ğın, la­qeyd­li­yin gə­tir­di­yi ağır xəs­tə­li­yin cən­gin­də olar­kən sa­də dost və doğ­ma­la­rı­nın, onu ürək­dən se­vən oxu­cu­la­rı­nın diq­qə­ti ye­nə hə­ya­nı ol­du. Ə.Kə­rim ya­da düş­dü:

Sən mə­nim qəd­ri­mi

Bi­lə­sən de­yə

Bu ca­van ya­şımda

Ölüm­mü indi?

Xəs­tə­li­yin ən iti “cay­naq­la­rı” 50 ya­şın­da onu haq­la­dı:

Bəl­kə, əl­li mis­ra­sı yox əl­li­min,

Bu tit­rə­yiş gü­na­hı­dır əli­min,

Qol­la­rım­da dost əli var, əl­li min,

Məm­məd Araz, əl­li yaş­da nə gü­nah...

- de­yə ye­nə hər şey­də heç ki­mi gü­nah­kar bil­mə­di, ba­rış­dı. İla­hi­dən gə­lən dərd­lə:

Ağır bir sə­nə­tə kö­nül bağ­la­dım,

Bəx­ti­mə dər­din də ağı­rı düş­dü...

– de­di.

Şa­mil Və­li­ye­vin “Poe­tik dü­şün­cə­lər us­ta­dı” mə­qa­lə­sin­də:

Azər­bay­can – ma­ya­sı nur,

Qa­yə­si nur ki...

Hər da­şın­dan alov dil­li ox ola bi­lər.

Azər­bay­can de­yi­lən­də aya­ğa dur ki,

Fü­zu­li­nin ürə­yi­nə to­xu­na bi­lər.

– ifa­də­lə­ri “Gü­nəş elə Və­tə­nin, Od­lar yur­du Azər­bay­ca­nın özü­dür. Və­tə­nin rəm­zi ki­mi ve­ri­lən gü­nəş bir ila­hi gö­zəl­lik ol­maq­la kai­na­tı işı­ğa qərq edir. Bu da bir qə­dər əv­vəl­də iza­hı­na ça­lış­dı­ğı­mız tə­biə­tin es­te­tik sər­vət mən­bə­yi ki­mi gö­rül­mə­si ilə bağ­lı­dır” ki­mi təh­lil olu­nur. “Şei­rin ümu­mi məz­mu­nun­dan be­lə bir mə­na da do­ğur ki, doğ­ma yur­du­muz Azər­bay­ca­nın hər bir və­tən­da­şı onu:

Edə­məm tərk, Fü­zu­li, sə­ri-ku­yin ya­rın,

Və­tə­nim­dir, və­tə­nim­dir, və­tə­nim­dir, və­tə­nim...

– de­yə da­hi Fü­zu­li ki­mi məc­nu­ni bir mə­həb­bət­lə sev­mə­li­dir” (Ş.Və­li­yev).

İb­ra­him­xə­li­lin “M.Ara­zın or­tan­cıl oğ­lu” ya­zı­sın­da “ko­deks” haq­qın­da söh­bət açı­la­raq mə­sə­lə “poe­zi­ya ko­dek­si” de­yi­lən müs­tə­vi­yə ke­çir.

“Ba­kı ki­mi bö­yük şə­hə­rin ba­sı­rı­ğın­da, tün­lü­yün­də, bəl­kə də, ko­deks­siz də ya­şa­ya bi­lər­lər, am­ma ca­nım-gö­züm Ba­kı­dan bu qə­dər uzaq­lar­da, Əy­ri­qa­rın ətək­lə­ri­nə ya­xın son yar­pa­ğı­nın nə vaxt dü­şə­cə­yi­ni, son oxu­cu­su­nun nə vaxt kö­çə­cə­yi­ni göz­lə­yən Mir­zə Qə­lə­mə də, mə­nə də poe­zi­ya ko­dek­si ol­ma­dan ya­şa­maq – tə­bii ki, bö­yük hərf­lə, yə­ni “Va­qi­fa­nə ya­şa­maq” çə­tin­dən də çə­tin olar­dı. Çün­ki dün­ya­nın uc­qar de­yi­lən ye­rin­də uç­qun­lar­da, uçu­rum­lar­da var ol­maq, so­na­can di­ri və du­ru qal­maq hə­mi­şə bir xi­la­set­mə dəs­tə­si is­tə­yir…

Bi­zim xi­la­set­mə dəs­tə­miz də şe­ir­di. “Məm­məd Araz ko­dek­si”nə ke­çi­rəm:

…Sən­dən, mən­dən ötən zər­bə,

Və­tən, Və­tən, sə­nə dəy­di...

– mis­ra­la­rı­na kök­lə­nib ba­car­dı­ğı­mız qə­dər yel­dö­yə­nə kök­sü­mü­zü gə­ri­rik ki, bir­dən, Al­lah elə­mə­sin, biz­dən ötən daş Sı­nıq kör­pü­nün o üzün­də Və­tə­nə də­yər”.

N.Ha­cı­za­də­nin şai­rin özü qə­dər işıq­lı xa­ti­rə­lə­ri, onun­la ke­çir­di­yi mü­qəd­dəs an­lar da bi­zim oxu­yub-eşit­mə­di­yi­miz ye­ni­lik­lər idi.

Ta­hir Ay­dı­noğ­lu­nun “Poe­tik sö­zün Məm­məd Araz mö­cü­zə­si” mə­qa­lə­sin­də möv­zu­ya mü­na­si­bə­ti ma­raq­lı­dır.

Mad­di dün­ya ilə mə­nə­vi aləm ara­sın­da apa­rı­lan pa­ra­lel­lər, ta­pı­lan ox­şar­lıq­lar, ifa­də olu­nan bən­zər­lik­lər tə­əs­sü­ra­tı mən­zə­rə­yə, duy­ğu­nu dü­şün­cə­yə çe­vir­mək qüd­rə­ti­nin məhz M.Ara­za məx­sus­lu­ğu­nu sü­but edir.


Dağ­lar sev­gi­sin­dən bir ulu ata,

Dağ­lar ər­kö­yün­lər ata­sı de­yil...

Hət­ta il­dı­rım­lar – dağ­lar çi­yi­ni,

Dağ­la­rın qor­xu­su xa­ta­lı de­yil.

İgid­lər çiy­ni­ni dağ­la­ra söy­kər,

Şa­ir, qa­ya­la­ra, dağ­la­ra söy­kən.

(“Dağ­la­ra söy­kən”)

M.Ara­zın sev­gi şe­ir­lə­ri­nin duy­ğu, dü­şün­cə­si­nin mə­na yü­kü, sə­mi­mi qə­mi, kə­də­ri köz-köz ya­nan ürə­yin əri­yən ya­ğı­nı se­lə dön­də­rib in­sa­nı bu sel­dən ya­ra­nan kə­dər gö­lü­nə qərq edir.

Bu gö­rüş nə acı qis­mət­miş bi­zə,

Elə bil kə­dər gö­lü­nə düş­dük.

Sa­lam­sız-ka­lam­sız du­rub üz-üzə,

Bir xey­li ba­xış­la, göz­lə gö­rüş­dük.

T.Ay­dı­noğ­lu aşıq ha­va­la­rı qə­dər sa­də, axı­cı, sə­mi­mi və yad­da­qa­lan şe­ir­lə­ri­nin sir­ri­ni onun ürə­yi­nin ya­ğı ilə yaz­ma­sın­da gö­rür:

Sən­dən mə­nə bir ömür­lük xa­ti­rə,

Mən­dən sə­nə nə qa­la­caq, bilmirəm...

və ya:

Qiy­mət­li bir itik sax­la ya­dın­da,

Unut mə­ni, al­dat mə­ni, at mə­ni.

(“Unut mə­ni”)

Fə­rid Hü­sey­nin “Bir ax­şa­mın bal­la­da­sı” – kon­sep­tu­al şe­ir­də ay­rıl­maz mis­ra­lar” mə­qa­lə­sin­də bir şei­rin heç vaxt bu qə­dər də­rin və məz­mun­lu təh­li­li­nə, Fə­ri­din özü de­miş­kən, kon­sep­tu­al ya­naş­ma­ya in­di­yə­cən rast gə­lin­mə­yib. Mü­sa­bi­qə­yə təq­dim olu­nan di­gər ya­zı­lar ki­mi bu ya­zı­da da möv­zu­ya ye­ni ba­xış, ye­ni mü­na­si­bət möv­cud­dur:

İla­hi, qəl­bi­mə bir duy­ğu gön­dər,

İla­hi, ya­zıq­dır mə­ni se­vən­lər.

“Şe­ir İl­ham pə­ri­si­nə mü­ra­ci­ət­lə ya­zı­lıb, bə­zi mə­qam­lar­da ay­rı­lan mü­ra­ci­ət for­ma­la­rı tə­biə­tə, cə­miy­yə­tə, qey­ri-re­al alə­mə və s. də­yi­şir, am­ma şe­ir­də mü­ra­ci­ət bir­dən-bi­rə Tan­rı­ya ün­van­la­nır”.

Abid Ta­hir­li­nin “Sir­li, sehr­li sə­tir­lər” ya­zı­sın­da M.Ara­zın şəx­si in­sa­ni key­fiy­yət­lə­ri­nin gənc­lə­rin mə­nə­vi da­ya­ğı­na çev­ril­mə­si­nin şa­hi­di olu­ruq. İn­di ha­nı o qə­zet, jur­nal re­dak­to­ru ki, ma­te­ri­al­la­rı­nın sı­ra­sı­nı po­zub, gənc bir tə­lə­bə­nin də­rin məz­mun­lu mə­qa­lə­si­ni tə­lə­sik yer­ləş­di­rib, ye­ni bir im­za­nı oxu­cu­la­ra çat­dır­sın!

M.Arazın döv­rü­nün heç bir şai­ri­nə, ya­ra­dı­cı in­sa­nı­na bən­zə­mə­mə­si, tək­rar­sız­lı­ğı, həm is­te­da­dın, həm in­san­lı­ğın ən yük­sək mə­nə­vi zir­və­sin­dən gö­rün­mə­si oxu­cu­la­rı­na se­vinc gə­tir­sə də, bə­zi bəd­xah­la­ra, xə­bis­lə­rə göz­da­ğı ol­muş­du.

Tel­li Pə­nah­qı­zı­nın mü­na­si­bə­tin­də “...Axı İn­fil ki­şi­nin bu sa­də­dil, “qəl­bi ipək­dən yum­şaq”, qa­rış­qa­nın be­lə haq­qı­nı tap­da­ma­ğa ürək elə­mə­yən öv­la­dı “ki­çik­lə­rin” eh­ti­ras to­ru­nun, pa­xıl­lıq mən­gə­nə­si­nin “ni­şan­ga­hı” ola­ca­ğı­nı har­dan bi­­ləy­­di­­?

Sən bi­zi ki­çik­lər ki­nin­dən qo­ru,

Fil tu­tur, şir tu­tur hö­rüm­çək to­ru...

və ya:

De­yir­lər, mə­nim də düş­mən­lə­rim var,

Adı­mı, im­za­mı asan­lar olur.

De­yir­lər, köl­gə­mi qı­lınc­la­yan­lar,

De­yir­lər, rəd­di­mi qa­zan­lar olur.

...Al­la­hın ya­rat­dı­ğı “in­san­cıq­lar” qo­yar­lar­mı ki, yer üzü­nə mü­qəd­dəs­lik to­xu­mu, sə­fa su­yu sə­­pi­­lə­­?” de­yi­lir.

Şə­rur­da ya­şa­yan Azər­bay­can Ya­zı­çı­lar və Jur­na­list­lər Bir­li­yi­nin üz­vü İb­ra­him Yu­si­foğ­lu­nun M.Ara­zın “Azər­bay­can tə­biə­ti” jur­na­lın­da iş­lə­di­yi vaxt­lar­da hə­min mət­bu or­qan­la əmək­daş­lı­ğı, Nax­çı­van­da 1984-cü il­də M.Araz­la poe­zi­ya­se­vər­lə­rin gö­rüş xa­ti­rə­lə­ri, unu­dul­maz şai­rə eh­ti­ra­mı onun ya­zı­sın­dan ay­dın gö­rü­nür.

Ni­za­mi Mu­ra­doğ­lu­nun “M.Araz poe­zi­ya­sın­da dün­ya ob­ra­zı” mə­qa­lə­sin­də M.Araz poe­tik fəl­sə­fə­sin­də dün­ya­nın gər­di­şi­nə dün­ya­nın özü qə­dər müd­rik mü­na­si­bə­ti gö­rü­nür.

M.Araz san­ki Adəm ba­ba­mı­zın ya­şın­dan dün­ya­nın ya­ra­nı­şı­nın, in­san­la mü­na­si­bət­lə­ri­nin qə­dim sa­ki­ni ki­mi “Mə­nim də ya­şım az de­yil”, “Be­lə dün­ya­nın”, “Qo­ru­yun dün­ya­nı”, “Dün­ya mə­nim, dün­ya sə­nin, dün­ya heç ki­min” de­yə­rək müx­tə­lif mü­na­si­bət­lə­rin hər üzü­nü bi­zə açıb de­yir.

Do­lu gö­dən kür­kə sığ­maz,

Boş bal­qa­baq bör­kə sığ­maz.

Yə­hər qan­maz, tə­kə sığ­maz...

Bu dün­ya­dan nə gör­mə­dim!..

Dün­ya heç kə­sin de­yil, heç kəs əbə­di de­yil. Əbə­di olan dün­ya­nın özü­dür!

Bir ta­le­yin oyu­nun­da cüt­lən­miş zə­rik,

Yüz il qo­şa atıl­saq da, qo­şa düş­mə­rik.

Bir zər­rə­nin işı­ğı­na mil­yon­lar şə­rik,

Dün­ya sə­nin,

Dün­ya mə­nim,

Dün­ya heç ki­min…

Mü­əl­li­fin mü­na­si­bə­ti­nə gö­rə, Tan­rı hər şe­yi cüt ya­rat­dı. Kül­li-kai­na­tın hə­rə­kə­ti­nə tə­kan ve­rən “cüt­lük­lər” va­cib­dir, müt­ləq­dir. Tan­rı be­lə is­tə­di, be­lə ya­rat­dı. Tək əl­dən səs çıx­maz. Tək ol­maq, va­hid ol­maq yalnız Rəb­bi­mi­zə məx­sus­dur. Zər qo­şa atı­lan­da be­lə oyun tək-tək ye­ri­nə ye­ti­ri­lir. Qo­şa at­maq, bu pro­se­sə tə­kan ver­mək Tan­rı işi­dir. Hə­yat qu­rul­muş, ya­şan­mış bir oyun­dur, in­san­lar onun oyun­çu­la­rı. Oyu­nun so­nun­da ha­kim, əda­lət və mi­zan-tə­rə­zi qo­yu­lub. Al­lah qi­ya­mət gü­nü­nü mü­əy­yən edən­dir.

Əməl­lə­ri­mi­zin xe­yir-şər dar­va­za­sın­dan gə­lə­cək işıq (kaş elə ola) xi­las­ka­rı­mı­za çev­ri­lə­cək. N.Mu­ra­doğ­lu­nun ya­zı­sın­da M.Araz ya­ra­dı­cı­lı­ğı­nın də­rin qat­la­rı us­ta­lıq­la üzə çı­xır.

Hör­mət­li pub­li­sis­ti­miz, Əmək­dar jur­na­list Flo­ra Xə­lil­za­də­nin “Kür­re­yi-ər­zin şai­ri”, “Məm­məd əmi”, “Sol­ma­yan xa­ti­rə­lər”, “Sə­nət­də son mən­zil ol­mur” ya­zı­la­rı, həm­çi­nin M.Ara­zın bir ya­xın dos­tu­na ya­zıl­mış mək­tub­la­rı­nın “Rüz­gar gə­ti­rən mək­tub­lar” baş­lı­ğıy­la ya­yım­lan­ma­sı M.Ara­zın ya­ra­dı­cı­lıq və şəx­siy­yət sə­mi­miy­yə­ti­ni ey­ni müs­tə­vi­yə çı­xa­rır:

Qə­ləm var əlim­də

Gör ne­çə il­dir,

Bir nəğ­məm dil­lə­rə nə vaxt dü­şə­cə­k?

Mə­nim gə­li­şim­lə nə də­yi­şil­di,

Mə­nim ge­di­şim­lə nə də­yi­şə­cə­k?

Onu ağır xəs­tə­lik­lə üz-üzə qo­yan fə­lə­yin gər­di­şi­nə mey­dan oxu­ya­raq ge­di­şiy­lə be­lə əbə­di­ya­şar­lı­ğı təs­diq edir­di. Sə­mi­miy­yə­tin ən bö­yük iza­hı, öl­çü­sü olan:

Mə­ni şei­rim­də gəz bir in­san ki­mi,

Qəl­bim­də nə var­sa, ona de­mi­şəm.

Ana­dan, ata­dan giz­lət­di­yi­mi

Ka­ğız­dan, qə­ləm­dən giz­lət­mə­mi­şəm...

– mis­ra­sın­da Flo­ra xa­nım M.Ara­za həm də ya­xın in­san ki­mi mü­na­si­bə­ti­ni bil­di­rir:

İna­na bil­mi­rəm ölüm haqq ola,

Tor­paq rəs­sam uda, bəs­tə­kar uda.

Ana dəfn olu­na, gö­zəl qo­ca­la…

Bəl­kə, bir səh­nə­dir, əsər­dir bu da…

Məm­məd Ara­zın poe­tik fəl­sə­fə­si­ni təh­lil edər­kən V.Yu­sif­li­nin “M.Ara­zın 60-cı il­lər­də yaz­dı­ğı Və­tən möv­zu­sun­da­kı şe­ir­lə­rə diq­qət ye­tir­mək ki­fa­yət­dir ki, poe­tik dü­şün­cə­nin sər­həd­lə­ri­nin ge­niş­li­yi­ni, ar­tıq fəl­sə­fi sə­ciy­yə da­şı­dı­ğı­nı hiss edə­sən” fik­ri M.Ara­zın 60-cı il­lər poe­zi­ya­sı­na ye­ni ifa­də üsu­lu gə­ti­r­diyini təsdiqləyir.

Şai­rin ya­ra­dı­cı­lı­ğa baş­la­dı­ğı ilk gün­dən əzə­li-əbə­di möv­zu­su Azər­bay­can­dır. Yum­ruq boy­da ürə­yə bü­töv Azər­bay­can sev­gi­si­ni ne­cə yer­ləş­di­rə bil­­miş­­di­­? Gu­rul­tu­lu səs­lə, mən­tiq­siz, məz­mun­suz şə­kil­də “Və­tən, Tor­paq, Azər­bay­can” de­yib qış­qı­ran­lar­dan fərq­li ola­raq, göz­lə­ri, be­yin­lə­ri, qu­laq­la­rı yor­ma­dan azər­bay­can­çı­lıq məf­ku­rə­si­nə sa­diq qa­la­raq içi­nin sev­gi­si­ni şei­rə çe­vir­di. 1970-72-ci il­lər­də qə­lə­mə al­dı­ğı “Ata­mın ki­ta­bı” poe­ma­sın­da gənc­li­yə xi­ta­bən de­yir:

Sev­mə­yin özü də bir ba­ca­rıq­dı,

Nə bö­yük hü­nər­di bir qı­zı sev­mək...

Bir ça­yın, bi­nə­nin, çö­lün, bu­la­ğın

Bir də­li Məc­nu­nu ola­san gə­rək…

Xa­nə­li Kə­rim­li şai­rin azər­bay­can­çı­lıq fəl­sə­fə­si­nin məc­mu­su olan şe­ir­lə­rin­dən söz aça­raq ya­zır: “M.Ara­zın poe­zi­ya­sı Azər­bay­can ta­ri­xi­nin bu­gün­kü gənc­lik üçün qa­ran­lıq qa­lan mə­qam­la­rı­na işıq sa­lan poe­zi­ya­dır”.

“…Mən­dən öt­dü, qar­da­şı­ma dəy­di” şei­rin­də şa­ir bö­yük cə­sa­rət­lə Azər­bay­ca­nın ba­şı­na gə­ti­ri­lən bə­la­lar­dan da­nı­şır, za­man-za­man onun üzə­rin­də ge­dən “ta­mah çar­pış­ma­la­rı­nı” diq­qə­tə çə­kir:

“Mən-mən” de­di bir öl­kə­də

nə qə­dər xan,

On­lar “mən-mən” de­yən yer­də

Sən ol­ma­dın, Azər­bay­can!

***

Di­bək ol­dun öz du­zun­la,

öz da­şın­la;

Ögey ol­dun

doğ­ma, əkiz qar­da­şın­la.

M.Araz sö­zün əsl mə­na­sın­da cə­sa­rət­li və­tən­daş-şa­ir­dir. Yox­sa so­vet ideo­lo­gi­ya­sı­nın qan-qan de­yən vax­tı kim be­lə söy­lə­yə bi­lər­di ki…

Qan Tu­ra­lı­nın “Məm­məd get­di, Araz qal­dı” mə­qa­lə­si­nin gi­ri­şi bu fi­kir­lə baş­la­yır: “Məm­məd Ara­zın adı gə­lən­də hə­mi­şə “Aka­dem­ki­tab”da gör­dü­yüm yox­sul ge­yim­li qo­ca­nı xa­tır­la­yı­ram. Ci­bin­dən çı­xar­dı­ğı pu­lu də­fə­lər­lə sa­yıb ki­ta­bın üzə­rin­də­ki qiy­mət­lə tu­tuş­du­ran, o qiy­mə­tə inan­ma­yıb də­fə­lər­lə sa­tı­cı­dan qiy­mə­ti so­ru­şan o qo­ca­nı… Dörd­cild­li­yin qiy­mə­ti ba­ha idi, yox­sa qo­ca­nın pu­lu az idi? Hər hal­da, qo­ca mə­yus-mə­yus o dü­ka­nı tərk et­di. Bəl­kə də, onun bu dün­ya­da Məm­məd Ara­zın ki­tab­la­rın­dan baş­qa tə­səl­li­si yox idi”.

Mə­qa­lə­nin bit­di­yi an­dan kim­sə­siz­li­yi­ni, eh­ti­ya­cı­nı şe­ir­lə ödə­mə­yə ça­lı­şan ada­mı dü­şün­düm, be­lə in­san oğ­lu qa­lıb­sa, sə­bəb­ka­rı ye­nə də M.Araz ki­mi şa­ir­lə­rin mə­nə­vi qi­da mən­bə­yi olan şe­ir­lə­ri­dir. Var ol­sun eh­ti­ya­cı­mı­zı ödə­mək gü­cün­də olan poe­zi­ya­mız! Fü­zu­li, Ni­za­mi, Ca­vid, Ha­di ki­mi hə­qi­qət, Və­tən, Tan­rı aşiq­li­yi­ni məf­ku­rə edən M.Araz poe­zi­ya­sı ru­hu­mu­zun ya­şam qi­da­sı ola­raq ən lə­ziz, ən gə­rək­li tə­am ki­mi, duz ki­mi, çö­rək ki­mi gə­rə­yi­miz­dir.

Qə­rən­fil Dün­ya­min­qı­zı “İnan­ma­sa­nız da, bu bir hə­qi­qət­dir…” mə­qa­lə­sin­də vax­ti­lə M.Ara­zın onun pe­şə ta­le­yi­nin for­ma­laş­ma­sın­da gös­tər­di­yi ata­lıq qay­ğı­sı­nı se­və-se­və qə­lə­mə alıb. Xa­ti­rə­lə­rin axa­rın­da şai­rin yax­şı­lıq kre­do­su göy­qur­şa­ğı­na dö­nür, bü­tün in­san­lı­ğı xe­yir­xah­lı­ğa, tə­mən­na­sız yax­şı­lıq et­mə­yə səs­lə­yir:

Yax­şı­lıq ne­çə min il­mə­li ha­na,

Nə­sil­dən-nəs­lə qa­lan va­rı­mız.

Fə­qət yax­şı­lı­ğı ba­şa qa­xa­na

Ki­şi de­mə­yib­dir ba­ba­la­rı­mız.

***

Ol­ma tə­mən­na­lı

Yax­şı­lıq acı.

O, zə­hər qa­tıl­mış

Çö­rək ki­mi­dir.

Ya da bir ka­sı­bın,

Bir naə­la­cın

Kö­nül­süz sat­dı­ğı inək ki­mi­dir.

Ya gür­şad apa­rar,

Ya hel­lənc vu­rar,

Ya da gö­yü ya­nar –

Sü­dü qu­ru­yar…

Bu mü­sa­bi­qə­nin ma­raq­lı tə­rə­fi odur ki, M.Araz poe­zi­ya­sı­nın təh­li­li­nin son­suz ol­du­ğu or­ta­ya çıx­dı. Ta­nın­mış tən­qid­çi­lər­dən tut­muş tə­lə­bəyə, sa­də oxu­cu­ya ki­mi yüz­lər­lə soy­da­şı­mız mü­sa­bi­qə­yə qa­tı­la­raq ürə­yi­ni bo­şalt­dı.

M.Araz Xalq şai­ri olmazdan çox-çox əv­vəl­lər xal­qın şai­ri ol­du; ca­van­kən, gənc­kən müd­rik ağ­saq­qa­la çev­ril­di. Min il­lə­rin za­man çər­çi­və­si­ni aşa­raq öm­rün ir­fan mis­si­ya­sı­nı dərk edib ya­şa­dı. Dün­ya­nın va­rı­na-döv­lə­ti­nə sa­hib olan­lar­dan çox göz-kö­nül tox­lu­ğu ilə ya­şa­dı. Və­tə­ni tək ona məx­sus ol­maq is­tə­yi ilə – BÖ­YÜK EŞQ­LƏ sev­di. Bu bö­yük sev­gi­ni Tan­rı sev­gi­si bil­di. Hə­ya­tı, ha­va­sı, su­yu, gü­nə­şi, şəx­si is­tək və sev­gi­si Azər­bay­can ol­du. Azər­bay­can ta­ri­xi bu gü­nü və gə­lə­cə­yi ilə bir­gə ta­le­yi­nə köç­dü. Bü­töv ol­ma­yan Və­tən sər­hə­di səh­hə­tin­də, sağ­lam­lı­ğın­da prob­lem­lər ya­rat­dı. Ba­şı­na bir iş gə­lən­də, tə­bi­ət hü­cum­la­rı­na mə­ruz qa­lan­da (bəl­kə, de­mə­liy­dim in­san hü­­cum­­la­­rı­­na­­?) tor­paq mü­va­zi­nə­ti­ni iti­rir, daş­qın, çov­ğun, tor­paq sü­rüş­mə­lə­ri, uç­qun­lar baş ve­rir. İn­san bə­də­nin­də vi­rus­lar baş qal­dı­ran­da, so­yuq­dəy­mə və ya baş­qa xəs­tə­lik­lər olan­da ön­cə hə­ra­rə­ti qal­xır, içi­nin dər­di iz­har nöq­tə­sin­də – do­daq­la­rın­da uçuq­la­ma­ya, ya­ra­la­ra sə­bəb olur. Dər­də, xəs­tə­li­yə eti­raz uç­qun şək­lin­də baş ve­rir.

Uç­qun­dan bir bu­laq

Gə­lir də­rə­yə,

Uç­qun bir ta­la­nın sö­nən

Ya­zı­dır.

Uç­qun tə­bi­ət­də nə­yin­sə nə­yə

Tə­bi­ət di­lin­də eti­ra­zı­dır…

– de­yir M.Araz.

İn­san gü­cün­dən ar­tıq kə­dər və dərd­lə yük­lə­nən­də in­farkt­lar, in­sult­lar uç­qu­nu ya­ra­nır, sağ­lam­lıq itir, bər­pa olun­mur. M.Araz da Və­tən, tor­paq, mil­lət ta­le­yi­nin mü­ca­di­lə­sin­də sağ­lam­lı­ğı­nı uç­qu­na, se­lə ver­di.

Elə­dik­lə­rin­də və çək­dik­lə­rin­də tə­mən­na­sız olan şai­rin hə­yat mis­si­ya­sı, əs­lin­də, elə bun­dan iba­rət idi.

Ru­hu­nun gü­cü, sağ­lam­lı­ğı, zə­ka­sı­nın, is­te­da­dı­nın par­laq­lı­ğı şe­ir­lə­ri­nə köç­dü, bu gün də yo­lu­mu­za işıq sa­lır.

Azər­bay­ca­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin M.Araz haq­qın­da çox də­yər­li və çox gə­rək­li ədə­bi fik­ri ya­da dü­şür: “Mil­li ru­hun və şüu­run dir­çəl­mə­sin­də, gənc­lə­ri­miz­də azad­lıq, və­tən­pər­vər­lik his­si­nin oya­nıb-güc­lən­mə­sin­də Xalq şai­ri Məm­məd Ara­zın xid­mət­lə­ri əvəz­siz­dir. Şai­rin is­te­da­dı müs­tə­qil Azər­bay­ca­nın gə­lə­cə­yi üçün da­ha gə­rək­li­dir. Bu­na gö­rə də Azər­bay­can döv­lə­ti qüd­rət­li ya­ra­dı­cı­lı­ğı ilə ya­na­şı, həm də tə­va­zö­kar­lı­ğı və fə­da­kar­lı­ğı ilə çox­la­rın­dan se­çi­lən Xalq şai­ri Məm­məd Ara­zın xa­ric­də müa­li­cə olun­ma­sı üçün təd­bir gö­rə­cək­dir”.

Ulu Ön­dər Heydər Əliyev Və­tə­nin ba­şı­na gə­lən mü­si­bət­lər­dən son­ra onun şe­ir­lə­ri­nin, bə­dii ir­si­nin təb­li­ği­nə bö­yük eh­ti­ya­cın ol­ma­sı­nı ön pla­na çək­di. O, M.Ara­zın döv­rün sə­nət zir­və­sin­də dur­du­ğu­nu fəxr­lə de­yir­di.

M.Araz Azər­bay­can klas­sik poe­zi­ya­sı­nın ta­ri­xin­də hə­lə ki Hü­seyn Ca­vid­dən son­ra hələlik so­nun­cu məf­ku­rə şai­ri ki­mi ta­ri­xə ya­zıl­dı.

M.Araz sə­mi­miy­yə­ti min il­lər son­ra be­lə bü­tün ədə­bi fi­kir adam­la­rı­na is­te­dad­la­rı­nı ifa­də et­mək­də ör­nək ola­caq.

Sona Vəliyeva
Filologiya elmləri doktoru



Xəbər 817 dəfə oxunub.




21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +