08.12.2017 13:54
Avtobus sürücülərinin daha bir özbaşınalığı
Payız və qış aylarında yağışın davamlı yağması bir sıra hallarda tıxacın yaranmasına səbəb olur. Bəzi avtobus sürücüləri isə bu haldan istifadə edərək hərəkət sxemini müəyyən qədər dəyişirlər. Beləliklə, bəzi sürücülər tıxaca girərsə, intervalda gecikmələr olacağını əsas gətirib sərnişinləri bir neçə dayanacaq əvvəldə düşürür. Bu isə təbii olaraq, sərnişinlərin narazılığına səbəb olur.
Bakıda 36 saylı marşrut üzrə hərəkət edən davtobusların da yağışlı havalarda və tıxaclar zamanı hərəkət sxemindən yayınması ilə bağlı sərnişinlər tez-tez şikayət edirlər. Belə ki, sürücülər avtobusların gecikməsini səbəb göstərərək, bəzi hallarda hərəkət sxemində nəzərdə tutulmuş dayanacaqlara sürmürlər. Sərnişinlərin dayacağa çatmamış düşməsini tələb edirlər.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq. Mais Ağayev Modern.az-a açıqlamasında qeyd edib ki, əgər sürücü yagışlı havalarda, tıxac yarandığı halda sırf intervalında gecikmələr olacaq deyə, yolunu dəyişərsə, bu qayda pozuntusudur.
“Tələblərə görə bu hal baş verməməlidir. İstənilən halda, sərnişin etiraz etsə də-etməsə də, xəbərdaqlıq olunmadan marşrut xətdən yayına bilməz. Tixacdısa, hamı tıxacda qalıb. Bunu əsas gətirərək, intervala görə yolu dəyişmək olmaz.
Biz bu müraciət əsasında 36 saylı avtobus daşıyıcısı ilə əlaqə saxlayıb belə hala yol verən sürücü ilə bağlı tədbir görməyi daşıyıcıdan tələb edəcəyik”.
Mais Ağayev deyib ki, sürücü yalnız xəbərdarlıq olunduğu halda hərəkət sxemindən yayına bilər.
“Hər bir avtobusun fəaliyyət göstərdiyi marşrut üzrə öz hərəkət sxemi var. Yalnız yolda hər hansı tədbir keçirildikdə, səlahiyyətli dövlət qurumları tərəfindən göstəriş olduğu halda digər nəqliyyat vasitələri kimi avtobuslar da alternativ yollara istiqamətlənir. Və bu dəyişiklik bir neçə gün davam edirsə, həm sərnişinlər, həm də sürücülər məlumatlandırılır. Bir neçə saatlıq dəyişdirildikdə isə sərnişinlərə sürücü tərəfindən məlumat verilir”.
Xəbər 1515 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|