“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


06.10.2021  15:28 

Hakimlər “Sabah”ı necə “sındırır”? – FAKTLAR





A+  A-

”Sabah”ın Premyer Liqanın VI turunda “Keşlə” ilə matçda (0:2) hakim idarəçiliyindən narazı qaldığından xəbərdarsız. Komandanın baş məşqçisi Ramin Quliyev görüşdən sonrakı mətbuat konfransında Rəşad Əhmədovun qərarlarından narazılığını dilə gətirmişdi.

Ardınca klub AFFA Hakimlər Komitəsinə şikayət ünvanlayıb. Şikayətdə “Keşlə” ilə oyundakı hakim idarəçiliyi, xüsusilə 87-ci dəqiqədə verilməyən penalti qabardılıb. Bundan başqa, əvvəlki oyunlarda da komandanın əleyhinə qərarların verildiyi qeyd olunub.

Kiçik araşdırmamız məlum etdi ki, mövsümün startından çox keçməsə də, artıq “Sabah”a qarşı bir neçə kobud hakim səhvi qeydə alınıb. 6 turda xırda epizodları nəzərə almasaq, azı 3 nəticəyə təsir edən yanlış qərar var.

Sadalayaq... (Epizodları təqdim etdiyimiz videoda görə bilərsiz)

II turun “Sumqayıt”la oyununda (0:2) “gənclik şəhəri” təmsilçisi ilk qolu ofsayddan vurur. 32-ci dəqiqədə Əli Qurbaniyə ötürmə edilərkən o, oyundankənar vəziyyətdədi, ancaq tərifli FIFA referimiz Əliyar Ağayevin rəhbərlik etidiyi hakimlər briqadası bunu görmür. Təkrarda qaydanın pozulduğu bəlli olur. ATV-nin “Futbolumuz” verilişinə açıqlamasında türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel bunu nəticəyə təsir edən səhv kimi dəyərləndirir.

“Sabah”ın əleyhinə növbəti səhv qərar elə sonrakı turda qeydə alınır. “Qəbələ”yə qarşı III tur oyununda (0:2) Rauf Cabbarov qonaq komandanın futbolçusu Murad Musayevi bağışlayır. O, 27-ci dəqiqədə “Sabah”ı aşkar qol imkanından məhrum etsə də, sarı vərəqə ilə canını qurtarır.

Epizoda AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik şərhi: “Premyer Liqanın lll turu çərçivəsində sentyabrın 11-də keçirilmiş “Sabah” – “Qəbələ” oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusu zamanı VAR sistemi tətbiq olunsaydı, epizod rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək kimi təfsir olunmaqla, qayda pozuntusuna yol vermiş futbolçuya qırmızı vərəqə göstərilə bilərdi”.

Ştuxlik VAR-ın vacibliyini vurğulamaq məqsədi ilə də olsa, həqiqəti - hakimin səhv qərar verdiyini etiraf edir...

“Keşlə” ilə görüşdə (0:2) isə “Sabah”ın narazı qaldığı iki epizod var. Bunların birincisində Elvin Camalov cərimə meydançasına daxil olarkən Felipe Santosla mübarizə zamanı yerdə qalır. “Sabah” penalti istəsə də, hakim davam işarəsi verir. Təkrarda ayağa toxunuş müşahidə edilir.

Digər epizod “Sabah”ın ən çox narazı qaldığıdı. 87-ci dəqiqədə Aleksey İsayevin sol cinahdan etdiyi ötürmədən sonra top cərimə meydançasında Rafael Məhərrəmlinin əlinə dəyir. Ancaq Rəşad Əhmədov bu dəfə də davam işarəsi verir.

Maraqlıdı ki, referi oyundan sonra “CBC Sport”a qərarını təhlil edərkən topun “Keşlə”nin oyunçusunun sol əlinə dəydiyini söyləyib. Ancaq təkrardan (tam dəqiq aydınlaşdırmaq mümkün olmasa da) topun daha çox sağ ələ toxunduğu təəssüratı yaranır. Deməli, ya referi sağ ilə solu qarışdırır, ya da ümumiyyətlə epizodda heç nəyi görməyib.

***

Cəmi 6 tura bir tərəfin əleyhinə bu qədər qərar verilməsi çoxdu və sistematik xarakter almış olur. OK, klub və komanda olaraq “Sabah”da işlər yolunda olmaya bilər, ancaq bu gün kollektivin nəticələrinin belə pis olması və turnir cədvəlinin zirzəmisində qərarlaşmasında hakimlərin “rolu” heç də az deyil. Hakim səhvlərinə görə bu qədər xal itirilməsə, güman ki, indi komandanı tam fərqli mövqedə görərdük./FutbolPress/




Xəbər 2349 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +